30
Proqramların içərisində əsas işlər "AzMuhasib" vasitəsi ilə yerinı yetrilir. Bu
proqram vasitəsi ilə təşkilatın mühasibatlığında baş verən bütün memorial orderə
köçürülür, mühasibat müxabirləşməsi vasitəsi ilə qeydiyyata götürülür, və beləliklədə
eyni zamanda maliyyə və idarəetmə uçotunun bir verilənlər bazasında yerləşdirilir.
Proqram paketində mühasibat uçotu proqramları müxtəlif fəaliyyət sahələrinə və
müxtəlif mülkiyyət formasına malik olan müəssisələrdə mühasibat uçotunun
avtomatlaşdırılmasını təmin edir. Proqram müasir məlumat bazasına
malikdir,
mühasibat ucotu, maliyyə, vergiqoyma və digər əlaqədar sahələrə aid Azərbaycan
Respublikasının qanunlarına, eləcə də normativ bazasına, eyni zamanda informasiya
texnologiyasının müasir səviyyəsinə uyğundur. Bu da onun mühasibat uçotu üzrə
proqram bazarında müsbət keyfiyyətləri ilə vurğulanır.
Qeyd etmək lazımdır ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası
Qanununda registrlərini azərbaycan dilində aparmalmasına
dair konkret tələblər öz
əksini tapmışdır. Məsələn, mühasibat uçotu registrlərinin azərbaycan dilində tərtib
edilməsi və formalaşdırılması zərurəti haqqında Qanunun 13-cü maddəsində
göstərilmişdir: "Azərbaycan Respublikası ərazisində olan bütün təsərrüfat subyektləri
mühasibat ucotu registrlərini azərbaycan dilində aparmalıdır."
"AzMuhasib" mühasibat uçotu proqram modulları, əsasən,
kiçik və orta həcmli
müəssisələr üçün nəzərdə tutulmuşdur. Onun tətbiqi müvafiq müəssisələrdə
mühasibat-maliyyə və mühasibat idarəetmə uçotunun tam avtomatlaşdırılmış rejimdə
və müasir tələblər səviyyəsində aparılmasına, ilkin sənədlərin vaxtlı-vaxtında və
yüksək keyfiyyətlə tərtib olunmasına, bank, kassa və hesablaşma əməliyyatlarının
aparılması üçün optimal idarəetmə qərarlarının qəbul edilməsinə təminat verməklə,
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.
"AzMuhasib" proqramının baş menyusu aşağıda
göstərilən bölmələrdən, müvafiq
olaraq, hər bölmə də özünün alt elementlərdən ibarətdir:
1. Əməliyyat: Memorial order, Bank, Kassa, Debitor/Kreditor, Əsas vəsaitlər,
Tezköhnələn əşyalar, Personal, Ezamiyyət, Hesabat dövrü, Çıxış;
2. Hesabat:
Baş kitab, Dövriyyə cədvəli, Balans, Şahmat cədvəli, Kassa hesabatı,
Avans hesabatı, Xərclər, Satış hesabatı, Cədvəllər, Hesabın təhlili;
31
3. Utilit: Əsas məlumat, Dəyişmək, Hesabatların tərtibatı, Təqvim, Kalkulyator;
4. "Kömək": Kömək, Proqram üzrə.
"AzMuhasib" mühasibat uçotu proqramının istifadəsi
üçün onun ilkin olaraq
müəyyən parametrlərini sazlamaq lazımdır. Parametrlərdən birinci olaraq ümumi
hesabat vaxtının sazlanmasıdır. İlkin tanışıqdan və uyğun sazlama işləri aparıldıqdan
sonra müəssisənin ilin əvvəlindən ilkin qalıqları daxil etmək lazımdır.
Dostları ilə paylaş: