8
- strateji səviyyədə, rəhbərliyin biznesin inkişafında
uzunmüddətli tendensiyalar,
idarəetmə metodları, yüksək texnologiyalar, məhsullar, və şirkətin rəqabətdə
üstünlüyünü təmin edən uzunmüddətli strategiyaların
işlənilməsi üçün biznesin
dəyişdirilməsi üsulları barədə informasiya təmini;
- taktiki səviyyədə, ən yaxşı QQE üçün rəhbərliyin yuxarı və orta təbəqələrinin
mütəxəssislərinin analitik və əməli informasiya ilə sürətlə və keyfiyyətlə təmini;
- əməli səviyyədə, ilkin informasiyanın alınması və emalı
üzrə informasiya
proseslərinin təmini ilə bağlı təkrarlanan əməliyyatların yerinə yetirilməsi.
Hər bir İS müəyyən predmet oblastına istiqamətlənir. Predmet oblastı dedikdə
problemlər, biliklər və insan fəaliyyətinin müəyyən spesifikaya malik sahəsi başa
düşülür. Ona görə də hər bir AİS uyğun tətbiq sahəsində müəyyən funksiyaların
yerinə yetirilməsinə istiqamətlənir.
İdarəetmə səviyyəsinə, iqtisadi obyektin idarə olunması
prosesinin xarakterinə
və s. görə AİS-in müxtəlif növləri mövcuddur.
İctimai həyatda iqtisadi obyektlərin müxtəlif səviyyələrdə idarə olunması üçün
informasiyanın təqdimi və emalı ilə bağlı iqtisadi informasiya sistemləri (İİS) əsas rol
oynayır. Bu informasiya səmərəli idarəetmə qərarları qəbul etmək məqsədilə uçot,
nəzarət, təhlil, planlaşdırma və tənzimlənmə funksiyalarını həyata keçirməyə
tamamilə imkan verir.
Dövlət idarəetmə sistemindəki səviyyəsinə görə İİS regional və bələdiyyə İS
bölünür.
İqtisadi obyektlərin fəaliyyət sahələrindən asılı olaraq İİS sənaye-istehsal və
qeyri-sənaye sahələrində İİS-ə ayrılır.
Qərar qəbuletmə sistemləri (QQS) – konkret
zaman müddətində şirkətin
fəaliyyətinin nəticələrini əks etdirən informasiyanın təhlili əsasında sistemin
vəziyyətinin öyrənilməsi imkanlarını təmin edən analitik informasiya sistemləridir.
İnformasiya-hesablama sistemləri elmi tədqiqatlarda mürəkkəb və böyük həcmli
hesablamaların aparılması məqsədilə tətbiq olunur. Bu sistemlərə misal informasiya-
hesabat sistemləri, avtomatlaşdırılmış layihələndirmə sistemləri (ALS) ola bilər.
9
Peşə fəaliyyətinin bütün sahəsində istifadə olunan informasiya-arayış sistemləri
arayış xarakterli informasiyanın yığımı, saxlanması, axtarışı
və istifadəçilərə
verilməsi üçün nəzərdə tutulmuşdur.
Təhsil informasiya sistemlərinin əsas növləri distant öyrətmə sistemləri, iş
oyunlarının təmini sistemləri, trenajorlar və trenajor kompleksləri sistemləridir.Onlar
mütəxəssislərin hazırlığının avtomatlaşdırılması, təhsil prosesinin idarə olunması və
onun nəticələrinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur.
İnformasiya sistemlərinin müxtəlif əlamətlərə görə təsnifləşdirilir. Onlardan ən
mühümlərini qeyd edək.
Dostları ilə paylaş: