3. Əmtəənin həyat dövrü 1966-cı ildə Raymond Vernon tərəfindən irəli sürülən əmtəənin həyat dövrü nəzəriyyəsinə görə, ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni
əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni
əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz “həyatı”nın
müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə,
texnoloji yeniliklər və yeni malların işlənməsi inkişaf etmiş sənaye ölkələrində,
xüsusilə də ABŞ-da baş verir.
Əmtəənin həyat dövrü nəzəriyyəsinə görə, yeni mal ilk olaraq kiçik həcmdə
istehsal edilir. Istehsal davam etdirildikcə istehsalla bağlı olan problemlər aradan
qaldırılır və istehsal genişləndirilir.
İlk mərhələdə istehsal ixraca deyil, daxili bazarın tələbini ödəməyə yönəlir.
Bundan başqa, başlanğıcda istehsalın istehlakçıya yaxın yerdə həyata keçirilməsi
lazımdır. Çünki əmtəənin hansı istiqamətdə inkişaf etdirlməsi məhz
istehlakçılardan asılıdır. Burada yalnız yerli firmalar yeni texnologiyaya sahib
olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün
bunlar istehsalın ilk mərhələsinin xüsusiyyətləridir.
Ikinci mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu
mərhələdə istehsal sürətləndirilir, ilk öncə daxili bazara istiqamətləndirilmiş
satışlardan əmtəə ixracına keçid başlayır. Beləcə, əmtəənin daxili istehsalı və
istehlakı artır, xaricdə inkişaf edən bir tələb mövcud olduğu üçün istehsalın artım
tempi daha da yüksəlir. Istehsalçı firma hələ də yeni texnologiyanı özündə saxlayır.
İstehsal texnologiyasınıb standartlaşması ilə, üçüncü mərhələyə keçilir. Artıq
yenilikçi firma daxildə və xaricdə texnoloji lisenziya verməyi əmtəə satışından
daha mənfəətli hesab edir. Standart istehsalın dəyərini aşağı salmaq üçün istehsal
əmək haqlarının və xammalın dəyərinin aşağı olduğu digər ölkələrə ötürülür.
Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcədə ixtisaslı olduğundan istehsal
dəyərləri də yüksək olur. Qısacası, yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu
mərhələdə istehsalın digər ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi
ölkədə hələ bir qədər əmtəə istehsal edilir. Lakin əmtəənin lisenziyasını əldə edən
yeni istehsalçıların aşağı xərclərə malik olmaları səbəbindən ixrac bazarlarını ələ
keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır.
Yenilikçi ölkənin daxili bazarının ehtiyacının idxalla təmin edilməsi başlayınca