Mövzu Qlobal iqtisadi trendlələr Plan



Yüklə 175,12 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.04.2023
ölçüsü175,12 Kb.
#126102
1   2   3   4   5   6   7   8
AİİP Mövzu 3

4. “Holland sindromu”
Holland sindromu - iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım 
(məsələn, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat 
və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termindir. 
“Holland sindromu”nun iqtisadiyyata mənfi təsirinin mexanizmi belədir ki, inkişaf 
edən sektordan əldə olunan gəlirlər artdıqda həmin ölkənin milli valyutasının 
məzənnəsi digər ölkələrin valyutalarına nisbətən güclənir. Bu isə, həmin ölkənin 
ixrac məhsullarının bahalaşmasına, digər sektorların məhsullarının rəqabətliliyinin 
azalmasına gətirir. Ölkənin ixrac potensialı azalır və ucuz qiymətə idxal 
nəticəsində idxalın həcmi artır. 
Termindən ilk dəfə 1977-ci ildə "The Economist" jurnalı tərəfindən 1959-cu 
ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra 
Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün 
istifadə edilmişdir. 
Sadə ticarət modelləri irəli sürür ki, ölkə müqayisəli üstünlüyə sahib olduğu 
sənayelərdə ixtisaslaşmalıdır; belə ki, bəzi təbii resurslarla zəngin olan ölkənin bu 
resurların çıxarılmasında ixtisaslaşması daha yaxşı olar. 


Halbuki digər nəzəriyyələrin irəli sürür ki, bu, təbii resurslar tükənən zaman 
effektiv deyildir və hətta təhlükəlidir. Həmçinin qiymətlər də azala bilər və 
müqayisəli istehsalat əvvəlki səviyyəsinə qısa zamanda qayıtmaya bilər. Bu, 
inkişaf edən və ticarətdə istifadə edilməyən sektorlardakı texnoloji inkişaflar geridə 
qalan (inkişaf etməyən) və ticarətdə istifadə olunan sektorlardan daha kiçik 
olduqda baş verə bilər. Bu iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə 
müqayisədə daha az texnoloji inkişafa sahib olması səbəbindən onun geridə qalan 
(inkişaf etməyən) və ticarətdə istifadə olunan məhsullardakı müqayisəli üstünlüyü 
azalacaq, beləliklə, firmaları ticarətdə istifadə olunan sektorlara sərmayə qoymağa 
məcbur edəcək. 
“Holland sindromu” təhlükəsini azaltmağın iki yolu vardır: real valyuta 

Yüklə 175,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin