Orijinal adı: «Education Glossary»


Birgə təlim (Peer tutoring/teaching)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   7   8   9   10   11   12   13   14   ...   92
KİTAB Təhsil lüğəti

Birgə təlim (Peer tutoring/teaching) – Şagirdlərin qarşılıqlı kömək əsasında öyrənməsini, 
müəllimlərin isə qarşılıqılı kömək əsasında öyrətməsini nəzərdə tutan təlim metodu. 
 
Birtərəfli dərketmə (Monological (one-dimensional) thinking) - Dərketmə prosesinin yalnız 
bir nöqteyi-nəzər yaxud bir araşdırma çərçivəsində baş verməsi. Məsələ çoxtərəfli olsa da, şəxs 
birtərəfli düşünə bilər.
Birtərəfli problemlər (Monological (one-dimensional) problems) - Yalnız bir nöqteyi-nəzər, 
yaxud bir araşdırma çərçivəsində həll olunan problemlər. Bu problemlər və onların həllində istifadə 
edilən vasitələr “mono-məntiqi” adlanır

 
Biserial korrelyasiya (bir-birindən asılılıq/münasibət) (Biserial Correlation) - Həqiqi 
dixotomik və fasiləsiz dəyişmə arasında qarşılıqlı əlaqəni göstərmək üçün istifadə edilən statistik 
metod. Çox vaxt test cavabları və ümumi test balları arasında korrelyasiyanı qiymətləndirmək 
məqsədilə istifadə edilir. 
 
Biserial-nöqtə korrelyasiyası (Point-biserial Correlation) - Həqiqi dixotomik dəyişmə 
(məsələn, sualın düzgün/səhv cavabı) və fasiləsiz dəyişmə (məsələn, testin yerinə yetirilməsi üçün 
ümumi bal) arasında qarşılıqlı əlaqəni göstərmək üçün tapşırığın analizində istifadə edilən 
korrelyasiya forması. 
 
Bitirmə/başa çatdırma dərəcəsi (Completion rate) - Təhsil ilinin ilkin fazasına daxil olanların 
sayı ilə son fazaya qədər davam edənlərin sayı arasındakı faiz nisbəti. 
 
Blum təsnifatı (Bloom’s Taxonomy) - Bilik, anlama, tətbiq etmə, təhlil, sintez və dəyərləndirmə 
kimi dərketmə proseslərinin iyerarxiyasını təsvir etmək üçün Benjamin Blum tərəfindən təklif 
edilmiş ardıcıl nizamlanmış sxem. 
 
Boloniya 
prosesi 
(Bologna 
process) 

Əsası 1987-ci ildə Avropa İttifaqında 
“Socrates/Erasmus” proqramının təsis olunması ilə qoyulmuş və məqsədi Avropa Ali Təhsil 
Məkanının yaradılması olmuşdur.  
1988-ci ildə İtaliyanın Boloniya şəhərində “Maqna Charta Universitatum” sənədi imzalanmış, 
1998-ci il 25 may tarixində Sorbona Universitetinin qurulmasının 800 illik yubileyində “Sorbona 
Bəyannaməsi” qəbul olunmuş, 1999-cu il 19 iyun tarixində isə 29 Avropa ölkəsinin təhsil nazirləri 
“Boloniya Bəyannaməsi”nə imza atmışlar. “Boloniya Bəyannaməsi”ndə 2010-cu ilə qədər ortaq bir 
Avropa Ali Təhsil Məkanının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri 
müəyyənləşdirilmişdir. 25 mart 2001-ci il tarixində “Höteborq Tələbə Deklarasiyası” imzalanmış, 
bu istiqamətdə sonuncu iclaslar isə 2001-ci il 19 may tarixində Praqada, 2003-cü il 19 sentyabr 
tarixində Berlində keçirilmişdir. Praqa Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil Məkanının 
formalaşdırılması müddəaları yenidən nəzərdən keçirilmiş, 2005-ci ildən etibarən 45 ölkə, o 
cümlədən 2005-ci ilin mayından Azərbaycan da Boloniya prosesinə qatılmışdır. 
Boloniya prosesi aşağıdakı prinsiplərin həyata keçirilməsini müəyyənləşdirir:
hamının başa düşdüyü və qəbul etdiyi təhsil dərəcələrinə (Bakalavr, Magistr) aparan
sistemin yaranması;
- əsasən iki pilləli Bakalavr (BA) və Magistr (MA) təhsil sisteminin tətbiqi; 
- Avropa Kredit Transfer Sisteminin (ildə 60 kredit yığmaq) tətbiqi;
- mobilliyin təmin olunması (məs. “ Erasmus” proqramı üzrə);
- təhsildə keyfiyyətin təmin olunması sahəsində Avropa ölkələrinin əməkdaşlığı; 
- ali təhsildə Avropa modeli və ali təhsilə ömürboyu yiyələnmək prinsipi; 
- cəmiyyətdə ali təhsil müəssisələri və tələbələrin rolunun artırılması; 
- Avropa Ali Təhsil Məkanına dünyada maraq oyadılması;


- 10 - 
- Avropa Ali Təhsil Məkanının Avropa Elmi-Tədqiqat Məkanına inteqrasiyası,
yəni 3-cü təhsil pilləsi - Fəlsəfə Doktoru (Ph.D.) elmi dərəcəsinin Boloniya təhsil sistemi
kimi qəbul edilməsi.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin