Orijinal adı: «Education Glossary»


Böyük səy tələb edən imtahan (High Stakes Examination) –



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   8   9   10   11   12   13   14   15   ...   92
KİTAB Təhsil lüğəti

 
Böyük səy tələb edən imtahan (High Stakes Examination) – Hazırlaşmaq üçün şagird
müəllim və valideynlərdən böyük səy və vəsait tələb edən imtahan və ya sınaq. Ali məktəbə qəbul 
imtahanı böyük səy tələb edən imtahana nümunə, qazanılan uğur isə böyük karyeranın başlanğıcı 
sayıla bilər.
 
Böyük səy tələb edən test (High Stakes Testing) - Nəticələri şagird, tələbə və müəllimlər üçün 
böyük əhəmiyyət kəsb edən test proqramı. Bu test proqramları təhsil alanlara növbəti sinfə (pilləyə) 
keçmək, təhsil müəssisəsini bitirmək haqqında şəhadətnamə (diplom) vermək məqsədilə təşkil edilir.
 
Buraxılış imtahanları sisteminin islahatı (Matura reform) – Əsasən milli azlıqların yaşadığı 
və islahat mərhələsində olan bəzi Avropa ölkələrində təlimin nəticələrinin qiymətləndirilməsində 
şəffaflıq, etibarlılıq və səmərəliliyin təmin olunması məqsədilə 3 mərhələdən ibarət buraxılış 
imtahanları sisteminin yenidən qurulması.
 
 
Buzları əritmə (Ice-breaker) - İlk dərs günündə müəllimin şagird və tələbələrlə səmimi ünsiyyət 
yaratması üçün, və ya dərs vaxtı gərginliyi azaltmaq məqsədilə qısa müddət ərzində istifadə etdiyi 
təqdimat forması.
 
Bütöv bal hesablanması (Holistic Scoring) Həm ümumi təəssürat, həm də toplanmış ballar 
əsasında aparılan qiymətləndirmə metodu. Ümumi təəssürata əsaslanan ənənəvi qiymətləndirmədən 
fərqli olaraq, bütöv bal hesablanmasında qiymətləndirən şəxs özünün ümumi təəssüratını ballarla 
ifadə edilmiş qiymət göstəricisi ilə müqayisə edir və yekun nəticələrə hansı qiyməti verəcəyini belə 
bir müqayisə əsasında müəyyənləşdirir.
 
Bütöv qiymətləndirmə (Holistic Assessment) – Şagirdin (tələbənin) yerinə yetirdiyi tapşırığın 
hər bir aspektinin tək-tək təhlil edilərək qiymətləndirilməsi ilə deyil, onun göstərdiyi yekun 
nəticələrin ümumi qiymətləndirilməsi yolu ilə həmin şagirdin (tələbənin) yiyələndiyi biliklər 
haqqında müəllim tərəfindən fikir yürüdülməsi.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin