- 12 -
Dəqiq təlimat (Explicit instruction) - Şagirdlərin yeni bilik və bacarıqlar əldə etməsinə kömək
məqsədilə müəllim tərəfindən dəqiq və düzgün təlimatın verilməsi.
Dərəcə şkalası (Rating Scale) - Tapşırığın yerinə yetirilmə səviyyəsinin təsviredici sözlərlə ifadə
olunmasına əsaslanan şkala. Nailiyyət səviyyəsini göstərmək üçün tapşırığın
yerinə yetirilmə
keyfiyyətindən istifadə olunur (məsələn: qabaqcıl, orta, naşı). Bu şkala hər yerinə yetirmə səviyyəsi
üzrə konkret sözlərlə ifadə oluna bilər (bax
: Diapazon Deskriptorları)
.
Dərketmə bacarıqları üzrə test (Cognitive Test) - İnsanın öyrənmə qabiliyyəti və üslubunun
müəyyənləşdirilməsi üçün tətbiq edilən qiymətləndirmə vasitəsi. Bu vasitədən, əsasən, tədris prosesi-
nin konkret şagirdə uyğunlaşdırılması məqsədilə zəruri məlumatların
əldə edilməsi üçün istifadə
olunur.
Dərrakə (Intelligence) - Аğıl, düşüncə, şüur, anlama; dərketmə qabiliyyəti.
Dərs (Lesson) – Məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Müəllim konkret zaman
daxilində siniflə konkret fənn üzrə məşğul olur. İstifadə olunan vasitələrdən asılı olaraq, dərsin
mühazirə, açıq, izahlı, virtual dərs və s. kimi müxtəlif növləri tətbiq edilə bilər.
Dərsin planı (Lesson Plan) - dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün
müəllim
və şagird arasında qarşılıqlı münasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin
tədris materialını şagirdlərə çatdıra
bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər,
metodlardan
düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı konspekt şəklində çıxış edir.
Dostları ilə paylaş: