- 15 -
psixo-sosial
qayğının göstərilməsi, məktəbəqədər təhsilin inkişafı sahəsində səylərin
əlaqələndirilməsi, bu sahədə vahid sistemin yaradılması və s. mühüm əhəmiyyət kəsb edir.
Erkən yaşlı uşaqların təhsili (Early Childhood Education) - Uşaqlar üçün ibtidai təhsilə
başlamazdan əvvəl məktəbəqədər müəssisə, uşaq bağçası, körpələr evi və s. tərəfindən həyata
keşirilən təhsil proqramları.
Esse (Kiçik inşa testi) (Essay Test) – İmtahan iştirakçılarından suallara yazılı formada cavab
verməyi tələb edən test. Cavablar qısa, yaxud geniş formada ola bilər. Yazılı test tapşırıqları fikri
ifadə etmək, həmçinin fənn üzrə bilikləri
tətbiq etmək bacarığını, məlumatı təşkil və təqdim etmək,
öz fikir və nöqteyi-nəzərini ifadə etmək, orijinal yazı yazmaq kimi bacarıqları yoxlamaq məqsədi
güdür.
Etalon (Anchor) – Hər hansı bir şeylə müqayisə üçün ən dəqiq ölçü nümunəsi. Qiymətləndirən
şəxs şagirdin
(tələbənin)
yerinə yetirdiyi tapşırığı konkret etalonla müqayisə edərək, onu, misal üçün,
1-dən 5-ə qədər olan şkala üzrə qiymətləndirmək üçün, həmin şkalanın hər bir səviyyəsini əks etdirən
etalonlardan istifadə edir. Böyük Britaniyanın təhsil müəssisələrində “etalonlar”, adətən, “yazılı iş
nümunələri”, yaxud “müqayisə nümunələri” adlandırılır.
Dostları ilə paylaş: