Orijinal adı: «Education Glossary»


Fotomexaniki orijinal-maket (Camera-Ready Copy (CRC) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə25/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   21   22   23   24   25   26   27   28   ...   92
KİTAB Təhsil lüğəti

 
Fotomexaniki orijinal-maket (Camera-Ready Copy (CRC) - İmtahan tapşırığının çap edilmiş 
və imtahan masasına qoyulmuş son variantı.
 

 
Gender meylliliyi (Gender bias) – Cinsi mənsubiyyətindən asılı olaraq qadın və kişilərə qarşı 
şüurlu yaxud təhtəlşüura əsaslanan, qərəzli, yaxud diskriminativ xarakter daşıyan fərqli davranış. 
Gender meylliliyi anlayışına seçki qanunvericiliyində, işə qəbul qaydalarında və ya təhsil ocaqlarında 
xüsusi diqqət yetirilməlidir. 


- 18 - 
 
Gimnaziya (Gymnasium) - Əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən 
şagirdlər üçün təmayüllər üzrə fənlərin daha dərin öyrənilməsini təmin edən ümumtəhsil müəssisəsi. 
Təhsilin konkret istiqamətindən asılı olaraq, gimnaziya şagirdin seçdiyi ixtisas üzrə lazımi 
ümumtəhsil fənləri və əsas kursları mənimsəməsinə şərait yaradır.
Giriş (pedaqoji karyeranın ilkin mərhələsi) (Induction) – Pedaqoji fəaliyyətə başlamazdan 
əvvəl pedaqoji fakültə tələbələrinə və gənc muəlimlərə dəstək məqsədi ilə təhsil siyasəti, təcrübəsi və 
muəllim peşəkar normalarının öyrədildiyi başlanğıc mərhələyə aid kurs və ya proqram. 
 
Gizli xüsusiyyətlər nəzəriyyəsi (Latent Trait Theory) - (bax: TCN - Tapşırığa Cavab 
Nəzəriyyəsi.
 
Gizli kurikulum (Hidden curriculum) - Öyrədilmiş tədris proqramının formal quruluşundan 
kənarda uşaqlara təsir edən bütün məktəb təcrübələri. 
Göstərici (Indicator) - Məktəb və ya şagirdlərin göstəriciləri haqqında məlumat əldə edən 
statistika. Statistik göstərici standartlarına ibtidai təhsil göstəricisi kimi şagird nailiyyətlərinin 
təqdimatı daxildir. İkinci dərəcəli göstəricilərdə şagirdlərin davamiyyət, çeviklik, dərsburaxma, 
məktəbi bitirmə, təkrar sinifdəqalma və məktəbi yarımçıq tərketmə kimi statistik məlumatlar əks 
etdirilir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin