Orijinal adı: «Education Glossary»


Göstərici/səmərəlilik meyarı (Performance criteria) –



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə26/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   22   23   24   25   26   27   28   29   ...   92
KİTAB Təhsil lüğəti

Göstərici/səmərəlilik meyarı (Performance criteria) – Şagirdin (müəllim, direktor və ya 
məktəbin) qiymətləndirilməsinə dair standartlar. Bu meyarlar qiymətləndirən tərəfin obyektiv 
olmasına imkan yaradır, qiymətləndirilən tərəfi isə gözlənilən məlumatlarla təmin edərək onlara daha 
səylə və məqsədyönlü çalışmaq üçün mühüm tövsiyələr verir. 
 
Güzəştə getmə xətası (Leniency Error) – İmtahan edənin müəyyən amillərin təsiri altında 
qiymətləndirmə zamanı imtahan edilənə üstünlük vermə meyli. (baxGörünüş Effekti)
 

 
Hekayə / rəvayət xəritəsi (Story map) - 1. Mətndə hadisələrin ardıcıllıqla uzlaşmasını göstərən 
vaxt sırası. 2. Ardıcıllıq hesaba alınmadan mətndə hadisələr və anlayışlar arasında məna əlaqələrini 
göstərən semantik xəritə.
 
Hekayə metodu (Story method) - İlk dəfə XIX əsrin sonlarında təqdim edilmiş bu oxu təliminə 
əsasən, tələbələr mətnin hissələri ilə işləməzdən əvvəl bütün mətni öyrənirdilər.
 
Hesabat (Accountability) – Təhsil prosesində iş fəaliyyətində əldə edilmiş nəticələrin onların 
tamlığı, keyfiyyət və səmərəliliyi baxımından nəzərə alınması. 
 
Hesablama meyarları (Scoring criteria) - Şagirdin tapşırığa verdiyi cavabı xarakterizə etmək 
üçün ona verilən qiymətin hesablanma qaydaları. Hesabat meyarları qiymətləndirmə şkalalarını, 
nəzarət-yoxlama cədvəllərini, suallara düzgün cavabları və s. bu kimi qiymətləndirmə vasitələrini 
özündə birləşdirə bilər.
Hesablama / Qiymətləndirmə açarı (Scoring Key) - Test olunan şəxsin cavablarının müqayisə 
edildiyi standart. Düzgün və ya gözlənilən cavabların siyahısı (bax: Qiymətləndirmə Sxemi).
 
Heyət / Kontingent (Cohort) - Eyni tədris, yaxud qiymətləndirmə kateqoriyasına aid şagird 
qrupu. Məsələn, “riyaziyyat öyrənən bütün şagirdlər”, yaxud “iyunda biologiyadan imtahan vermiş 
bütün namizədlər” heyət və ya kontingent sayıla bilər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin