İnnovasiya (İnnovation) - müxtəlif təşəbbüs və elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi
xarakterli, səmərəli yenilik və ixtiralar.
İnsan Haqları Təhsili (Human Rights Education, (HRE) - İnsan haqlarının tarixi və
qanunauyğunluqlarının, insanların münasibət və davranışlarının öyrənilməsinə yönəlmiş təlim.
İntellektual test (Intelligence Test) – Fərdinöyrənmə bacarığını və ya intellektual bacarıqlarını
üzə çıxarmaq məqsədilə tətbiq edilən test. İntellektual bacarıqlar dedikdə, qarşılıqlı münasibətləri
duymaq, anlamaq, assosasiya yaradan fikirləri yada salmaq bacarığı və s. nəzərdə tutulur.
İnteraktiv bacarıqlar (Interactive skills).Qarşılıqlı ünsiyyətə əsaslanan interaktiv bacarıqlar təlim prosesində söhbət və dialoq rejimində fəaliyyəti təmin edir.
İnteraktiv təlim metodları biliklərin hazır şəkildə verilməsini deyil, şagirdlərin bu bilikləri birlikdə
axtarıb tapmalarına yardımı nəzərdə tutur; bu zaman müəllim təşkiledici, əlaqələndirici,
istiqamətverici və məsləhətverici, şagirdlər (tələbələr) isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər
kimi fəaliyyət göstərirlər.
İnteqrativ kurikulum (Integrated curriculum) -Tematik vahiddə birləşmiş iki və daha çox
sahənin müzakirə predmeti.
İnterpretasiya, şərh etmə (Interpretation) - Test üzrə
qiymətləndirmənin şagirdlərə (tələbələrə)
izah edilməsi. Burada məqsəd onların qiymətləndirmənin hər bir mərhələsini, qiymətləndirməyə dair
anlayışların mahiyyətini başa düşmələrini təmin etməkdir. Şərhetmə zamanı şagird (tələbə) məsələn,
faiz nisbəti dedikdə, düzgün cavab verilən tapşırıqların faiz nisbətinin deyil, standart qrupda konkret
həddən aşağı nəticələr göstərən şagirdlərin faiz nisbətinin nəzərdə tutulduğunu öyrənir.
İntizam (Discipline) – Təlim prosesində həm öyrədən, həm də öyrənənlər üçün ümumi davranış
qaydalarını müəyyən edən normaların məcmusu.