Orijinal adı: «Education Glossary»


Klassik tapşırıq / sual statistikası (Classical Item Statistics) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə34/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   30   31   32   33   34   35   36   37   ...   92
KİTAB Təhsil lüğəti

 
Klassik tapşırıq / sual statistikası (Classical Item Statistics) - Testdə iştirak edən qrupdan asılı 
olaraq, həmin qrupun cavablarının təhlili yolu ilə test elementinin xüsusiyyətini (yəni tapşırıqların 
mürəkkəblik dərəcəsi və seçim imkanını) xarakterizə edən statistika. (bax: TOV). 
 
Komenius proqramı (Comenius Programme) – Şagird, tələbə və müəllim heyətinin müxtəlif 
mübadilə programlarında iştirakını təmin edən Avropa Şurası Sokrat/Erasmus Proqramı çərçivəsində 
fəaliyyət göstərən 3 hissəli təhsil layihəsi. 
Burada məqsəd məktəblər arasında transmilli əməkdaşlığı müdafiə etməklə, məktəb təhsili 
sektoruna daxil olan kadrların peşəkar inkişafına imkan yaratmaqla Avropa məktəb təhsili sistemini 
təkmilləşdirməkdən, keyfiyyət meyarlarını gücləndirməkdən ibarətdir.


- 23 - 
Kommunikativ yanaşma (Communicative Approach) - Səhvlərin düzəldilməsindən daha çox 
fəal ünsiyyətə cəlb etmə prinsipinə əsaslanan və əsasən, xarici dillərin tədrisi zamanı geniş istifadə 
edilən öyrətmə üsulu.
 
Kompüter biliyi (Computer skills) - Texnoloji təhsilin bir hissəsi olan kompüter biliyinin 
tərkibinə aşağıdakı bilik və bacarıqlar daxildir: 
- hesablama texnologiyası və informatikanın əsas anlayışlarına bələd olmaq; 
 - kompüter texnologiyasının əsas quruluş və funksional bacarıqlarına yiyələnmək; 
 - müasir əməliyyat sistemləri və onların əsas komandalarını mənimsəmək; 
 - müasir proqram (Norton Commander, Windows) və onların fayl genişlənmələrini 
bilmək; 
 - ümumi təyinatlı əməliyyat vasitələrinin əsas funksiyalarını bilmək; 
 - ən azı bir mətn redaktorunda işlətməyi bacarmaq;
 - proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvürə malik olmaq; 
 - utilitar məqsədli tətbiqi proqramların ilkin istifadə təcrübəsini qazanmaq və s .

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin