Qalma nisbəti (Survival rate) – Konkret müddət üzrə nəzərdə tutulmuş təhsil prosesinin son
mərhələsində qeydə alınan şagirdlərin (tələbələrin) ümumi sayının prosesin son mərhələsindəki
ümumi saya nisbəti.
Qapalı sonluqlu tapşırıqlar/testlər (Close-ended tasks) – Konkret standart cavabı olan test
tapşırıqları.
Qeydiyyat (Registration) - İmtahanda iştirak etmək üçün müraciət edən şəxslər haqqında
məlumatların kağız, yaxud elektron məlumat bazasına daxil edilməsi.
Qeydiyyata alma nisbəti (Enrolment ratio, net) – Konkret ərazidə yalnız məktəb səviyyəsinə
uyğunluq meyarına görə qeydiyyata alınmış uşaqların sayının həmin yaş qrupuna aid uşaqların
ümumi sayına nisbəti.
Qeyri-formal təhsil (Non-formal education) – Müxtəlif kurs, dərnək və fərdi məşğələlərdə əldə
olunan və dövlət tərəfindən rəsmi sənədin verilməsi ilə müşayiət olunmayan təhsil forması.
Qeyri-rəsmi təhsil (Informal education) – Şəxsin təhsil müəssisələrindən kənarda, müstəqil
surətdə əldə etdiyi təhsil. Bu təhsil ömür boyu davam edən məqsədyönlü, sistematik, təkmilləşməyə
yönəlmiş fəaliyyət olaraq kütləvi informasiya vasitələrinin və müasir informasiya texnologiyalarının
güclü təsiri altındadır.
Qeyri-rəsmi bilik (Informal knowledge) – Uşaqların məktəbdən kənarda təcrübə vasitəsilə fənn
haqqında əldə etdikləri bilik.
Qəbul (Admission) - Təklif edilən təlim kursunda iştirak etmək üçün müraciət etmiş şəxsin
kursda iştirakına imkan yaradılması.
Qiymət (Grade) - 1. Qiymətləndirmənin nəticələrini əks etdirmək üçün istifadə olunan
kateqoriya. Qiymət hərflərlə (A, B, C, D və s.), rəqəmlərlə (1, 2, 3 və s.), yaxud da sözlərlə (Əla, Çox
yaxşı, Yaxşı, Kafi, Pis və s.) ifadə oluna bilər.
Qiymət (Appraisal) - Dəyərləndirmə sənədi, yaxud nümunəsi.