- 26 -
Qiymətləndirmə (Evaluation) – Şagirdin
(tələbənin) bilik, bacarıq
və vərdişlərinin tədrisin
məqsəd və vəzifələrinə uyğunluğunu, yaxud uyğunsuzluğunu təsdiq edən üsul və nəticə.
Qiymətləndirmə yoxlamanı tamamlayan pillə olaraq tədrisdə
əks əlaqəni təmin edir,
müvəffəqiyyətsizliyin səbəblərinin müəyyən edilməsinə, tədris fəaliyyətinin təşkilinə imkan yaradır.
Müəllim cavabda səhvlərin səbəblərini aşkara çıxarır, tələbəyə yeni dərsi öyrəndiyi zaman nəyə
diqqət yetirəcəyinə yardım edir. Qiymətləndirmədə
əsas tələblər - obyektivlik, qiymətin şüurluluğu,
dərk olunması; əsas göstəricilər isə -
biliyin tamlığı, dərk olunması, şüurluluğu, tətbiqi və
ifadə
olunmasıdır.
Qiymətləndirmə (Assessment) – Fərdin davranışı yaxud xasiyyətinin təyin olunması üçün
aparılmış uzunmüddətli müşahidə əsasında əldə edilən nəticə. Belə bir qiymətləndirmə öyrənmə,
təsvir etmə, qeyd etmə (yazma), hesablama və s. ən müxtəlif qabiliyyətlər
üzrə informasiyalara
əsaslanır.
Qiymətləndirmə komponenti (Assessment component) – Kompleks qiymətləndirmənin tərkib
hissələrindən biri. Qiymətləndirmə komponentləri fəndən asılı olaraq dəyişir. Məsələn, təbiət elmləri
üzrə imtahanda qiymətləndirmə komponentləri nəzəri biliklərin və təcrübi bacarıqların, dilçilik elmi
üzrə - nitq, dinləmə, oxu və yazı qabiliyyətinin üzə çıxarılmasından ibarət ola bilər.
Dostları ilə paylaş: