Orijinal adı: «Education Glossary»


Qiymətləndirmə şkalası (Scoring Scale) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə40/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   36   37   38   39   40   41   42   43   ...   92
KİTAB Təhsil lüğəti

 
Qiymətləndirmə şkalası (Scoring Scale) - Ən pis səviyyədən ən yaxşı səviyyəyə qədər 
keyfiyyət səviyyələri formasında ifadə edilmiş qiymətləndirmə meyarları. Bu meyarlar şagirdin işi 
barədə tək bir parametr, məs., “əsas ideyanın aydınlığı” parametri üzrə fikir yürütmək üçün istifadə 
olunur. Şkalalar tək bir keyfiyyət çərçivəsində bir neçə cizgini birləşdirə bilər. Şkaladakı 
qiymətləndirmə səviyyələri nöqtələrlə göstərilir və hər səviyyə həmin nöqtələrə çatmaq üçün 
məzmun və ya bacarıqların keyfiyyət xüsusiyyətlərini əks etdirir.
 
Qiymətləndirmə uyğunlaşması (Assessment accommodation) - Məzmunda düzəliş etmədən 
qiymətləndirmənin aparılması qaydasında dəyişiklik etməklə şagirdlərin (tələbələrin) qiymətləndirmə 
strategiyasında iştirakına kömək etmək. Ən ümumi qiymətləndirmə uyğunlaşmasına vaxtın və 
cədvəlin tərtibi, təqdimat və cavab, ətraf mühit/şərait və s. daxildir.
Qiymətləndirmədə görünüş xətası (Halo Rating Error) - Fərdin konkret xüsusiyyətlərinin 
qiymətləndirilməsi haqda ümumi təəssüratın müsbət effekti.
 
Qiymətləndirmə məqsədi (Assessment objective) – Qiymətləndiriləcək tədris nəticəsinin 
imtahan planında və ya test spesifikasiyası cədvəlində formulla qısa ifadəsi. Məsələn, namizədin 
vuranlara ayrıla bilən kvadrat tənliklərin kökünü tapmaq bacarığının nümayişi (x+a)(x+b)=0 
formasında yerinə yetirilməlidir. Burada, a və b – bütöv rəqəmlərdir.
 
Qiymətləndirmə modelləri (Assessment models) – Qiymətləndirməni həyata keçirmək üçün 
tətbiq edilən modellər. Təhsil sistemində üç məlum qiymətləndirmə modelindən istifadə olunur: a) 
norma ilə əlaqələndirmə modeli - bir şagirdin nəticəsi seçilmiş qrup etalonunun nəticəsi ilə müqayisə 
edilir; b) meyarla əlaqələndirmə modeli - hər bir şagirdin nəticəsi standart və ya meyarla müqayisə 
edilir; c) artım və ya inkişaf modeli - hər bir şagirdin nəticəsi həmin şagirdin zaman çərçivəsində iki 
nöqtə arasındakı müddətdə inkişaf səviyyəsinin analiz olunması ilə qiymətləndirilir. Qiymətləndirmə 
həmin şagirdin əsas ideyanı başa düşməsi, bilik bazasının genişliyi və hər hansı bir bacarığa 
yiyələnmə dərəcəsi baxımından aparılır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin