Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   38   39   40   41   42   43   44   45   ...   92
KİTAB Təhsil lüğəti

Qovluq (Portfolio) - Dərs ili ərzində şagirdin (tələbənin) fəaliyyətinə, tədrisdə qazandığı uğur, 
yaxud uğursuzluqlara dair materialların müəllim və ya şagirdin özü tərəfindən toplandığı qovluq. 
Qiymətləndirmə alternativ üsul kimi bu materiallar üzrə də aparıla bilər. 
Qrup işi (Group work) – Müəllimin qrup halında yerinə yetirmək üçün şagirdlərə (tələbələrə) 
verdiyi tapşırıq.
 
Qruplaşmış təhlil (Cluster analyses) - Mürəkkəb faktların strukturunu müəyyən etmək üçün 
tətbiq edilən müxtəlif riyazi üsulların ümumi toplusu.
Qrup metodu (Group method) – Şagirdləri (tələbələri) öz ideyalarını başqaları ilə bölüşməyə 
və müzakirə etməyə həvəsləndirmək üçün onların kiçik qruplarda müzakirələrə cəlb edilməsi 
metodu. Bu interaktiv metod vasitəsilə başqalarının məlumatı necə qəbul etmələrini və 
aydınlaşdırmalarını görmək olar.  
 
Qrup şəhadətnaməsi (Group Certificate) - Namizədlərdən bir neçə fənn üzrə müəyyən edilmiş 
sayda imtahanların verilməsini tələb edən imtahan sistemi. Şəhadətnamənin verilməsi əvvəlcədən 
müəyyən edilmiş meyarların namizəd tərəfindən yerinə yetirilməsindən asılıdır. 
Qrup təlimi (Team teaching) - Eyni bir fənn və ya mövzunun iki və daha artıq müəllim 
tərəfindən tədris edilməsi metodu. Müəllimlər tam qrupa təlim keçməyi növbələşdirə və ya qrupu 
müəllimlər arasında növbə ilə bölmə və siniflərə ayıra bilərlər.
 
 
L
 
 
Layihə formasında çalışma (yaxud Layihə işi) (Project work) - Spesifik bir mövzu üzrə 
tapşırığın sona çatdırılmasına yönələn və yerinə yetirilməsi əsasən dərsdənkənar vaxtlarda nəzərdə 
tutulan çalışma. 
 
Leksik yanaşma (Lexical Approach) - Qrammatik strukturlardan fərqli olaraq, dilin leksik 
vahidlər əsasında analiz edilməsi. İngilis dilinin tədrisi üçün nəzərdə tutulan bir çox müasir dərslik və 
tədris materialları məhz leksik yanaşma əsasında hazırlanır.


- 28 - 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin