Məlumat\Bildiriş lövhəsi (Bulletin board) - Müəllimləri və şagirdləri (tələbələri) məlumatlan-
dırmaq və istiqamətləndirmək üçün müvafiq materialların – məlumat, bülleten, broşüra, buklet,
kitabça və jurnalların yerləşdirildiyi lövhə.
Məqsədli idarəetmə (Management by Objective, MBO) - Daha yüksək keyfiyyət və nəticələr
əldə etmək üçün məqsədləri ayrı-ayrı idarəedənlər tərəfindən müəyyən olunan yanaşma. Mərkəzdəyişmə (Decentration) - Fərdin öz şəxsi əqli perspektivlərindən çəkinərək başqasının
fikrini qəbul etməsi prosesi.
Mərkəzləşdirilmiş yoxlama (Centralized Marking) -Məktəblərdən, yaxud imtahan
mərkəzlərindən daxil olan bütün yazılı imtahan işlərinin vahid yoxlama məkanına təqdim edildiyi
inzibati qayda.
Məsrəflərin təhlili (Cost analysis) – Mövcud resurslardan daha səmərəli istifadənin təmin
olunması üçün, məqsədin əldə edilməsinə sərf olunan vaxt və vəsaitlərin mümkün qədər azaldılması
imkanlarının nəzərdən keçirildiyi təhlil.
Məzmunun etibarlılığı (Content validity) -Testin məzmununun verilən davranış sahəsini əks
etdirdiyini nümayiş etdirməklə əldə edilən etibarlılığın təsdiqlənməsi. Açıq imtahanların
keçirilməsində məzmunun yüksək etibarlılıq dərəcəsinə nail olması üçün bütün tapşırıqlar tədris
planına daxil olan biliklərin, təsəvvürlərin və bacarıqların yoxlanılmasına yönəlməli, müxtəlif
bacarıq və mövzuların yoxlanılması üçün müəyyən edilmiş tapşırıqların balansı test xüsusiyyətlərinə
uyğun olmalıdır (bax: Etibarlılıq). Məzun (Graduate) - Tədris kursunu müvəffəqiyyətlə bitirən şəxs.
Mikrotədris (Microteaching) - Dərs prosesində analiz və təlimat üçün adətən videoyazı şəklində
olan qısa, spesifik tədris epizodlarından istifadə üsulu.
Milli azlıq (Ethnic minority) – Milli mənsubiyyətinə və sayına görə icmanın əsas əhalisindən
fərqlənən qrup.