Orijinal adı: «Education Glossary»


- 33 -  Müsahibə (Interview)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə52/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   48   49   50   51   52   53   54   55   ...   92
KİTAB Təhsil lüğəti

 


- 33 - 
Müsahibə (Interview) - əsasən, iki tərəf - müsahibə alan və müsahibə verən arasında gedən 
söhbətdir. Təlimdə öyrənənin sualları müsahibə şəklində cavablandırması üsulu. Müsahibənin 
məqsədi yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanmasıdır. 
 
Müstəqil məktəb (Independent school) – Xaricdə yayılmış bu tip məktəblər birbaşa və ya hər 
hansı təşkilatın rəhbərliyi olmadan təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil 
müəssisəsi. Müstəqil məktəblər dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət 
təşkilatları, icmalar tərəfindən maliyyələşdirilə bilər. 
 
Müstəqil namizəd (Private Candidate) – İmtahana oxuduğu təhsil müəssisəsi tərəfindən 
göndərilən namizəddən fərqli olaraq, açıq imtahanda iştirakını müstəqil şəkildə maliyyələşdirən 
namizəd. (Məs., Britaniya Krallığının təhsil sistemində bu qrupa imtahan qeydiyyatından keçmiş 
amma məktəb sistemindən kənarda özəl şəkildə hazırlanan şəxslər aiddir.) 
Müşahidəedici öyrənmə (Observational learning) – Xarici aləmin məqsədyönlü və mütəşəkkil 
qavrayışı əsasında öyrənmə. Müşahidəedici öyrənmə sosial öyrənmə nəzəriyyəsinin mühüm 
komponenti olub, təqlid etmə (imitasiya) və eyniləşdirmə proseslərini özündə ehtiva edir. 
Müşahidə cədvəlləri (Observation schedules) – Müşahidənin sistemliliyini, ardıcıllığını, 
məqsədyönlülüyünü, qrup halında müşahidə zamanı qarşılıqlı olan əlaqəni təmin edən xüsusi 
cədvəllər. Müşahidə cədvəllərindən təhsil tədqiqatlarında geniş istifadə edilir.
Müvəffəqiyyət (Achievement) – Təhsil alanların tədris proqramlarının tələblərinə əsasən 
professional elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri. Təhsil alanların 
müvəffəqiyyətinin göstəriciləri, əsasən, cari, cari mövzuya görə, yarımilliklərə əsasən, yekun - yəni, 
bütün il boyu fənn üzrə beşballıq sistem əsasında olan qiymətlər hesab edilir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin