Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə53/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   49   50   51   52   53   54   55   56   ...   92
KİTAB Təhsil lüğəti

 
 

 
Nailiyyət (Attainment) - Müəyyən əlamət üzrə səviyyəni təsvir edən miqyas (ölçü). Ölçünün 
özünün dəqiq sıfır nöqtəsi və müəyyən yuxarı səviyyəsi yoxdur. Nailiyyət dərəcəsi (norması) 
fərdlərin rəsmi şəkildə cəlb olunduğu təhsilin ən yüksək səviyyədəki ölçüsüdür. Nailiyyət hədəfi 
tələbələrın hər bir fənn üzrə gözlənilən bilik və bacarıqlarının formal təsviridir. 
 
Nailiyyət motivasiyası (Achievement motivation) - Şəxsin həyatın müxtəlif fəaliyyət 
sahələrində dəyərləndirilmiş məqsədləri başa vurmaq və müvəffəqiyyətsizlikdən uzaq durmaq üçün 
həvəsləndirmə səyi. 
 
Nailiyyət testi (Achievement test) - Şəxsin bilik və bacarıq dərəcəsinin müəyyənləşdirilməsi və 
qiymətləndirilməsi məqsədilə sinif təlimatı nəticəsinə əsaslanaraq tərtib olunmuş standart test. 
 
Nəticə (Outcome) - Tədris məqsədinə nail olmaq üçün şagirdlərdən tələb olunan bilik və 
bacarıqların yekun nəticəsi. 
 
Nəzarət idarəsi (Inspectorate) - Təhsil keyfiyyətinin qiymətləndirilməsi üçün məsuliyyət 
daşıyan tam, yaxud müstəqil orqan. Nəzarət idarəsinin ümumi vəzifələrinə nəzarət, qiymətləndirmə, 
tanıtma və məsləhət vermə daxildir.
 
Nəzarətçi (Invigilator) – Konkret məkanda imtahan prosesinə nəzarət edən və imtahan 
prosesinin müvafiq tələblərə uyğun keçməsinə cavabdehlik daşıyan şəxs. 
 
Nizamnamə məktəbi (Charter school) - Müxtəlif hüquqi şəxslərin nizamnamələri çərçivəsində 
yaradılan, idarə edilən və maliyyələşdirilən məktəblər.
 
Normalaşdırma sistemi (Quota System) - Təhsil sahəsində müəyyən sosial qrup üçün yaradılan 
kvotanın əvvəlcədən müəyyənləşdirilməsi sistemi. Məsələn, orta məktəbdə gender bərabərliyinin 
təmin olunması üçün ümumi şagird yerlərinin 50 faizi oğlanlara, 50 faizi isə qızlara ayrıla bilər. 


- 34 - 
Balansı qorumaq üçün aparılan ixtisarların isə imtahan qiymətləri əks cinsə mənsub şagirdlərin 
nəticələrindən aşağı olan bir neçə oğlan yaxud qız şagirdin hesabına həyata keçirilməsi mümkündür.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin