Orijinal adı: «Education Glossary»


Orta göstərici xətası (Central Tendency Error) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə56/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   52   53   54   55   56   57   58   59   ...   92
KİTAB Təhsil lüğəti

 
Orta göstərici xətası (Central Tendency Error) - Qiymət verənlərin şagirdin cavablarına son 
qiyməti (mənfi və ya müsbət) vermək istəməməsi. Xüsusilə inşa yazılarını qiymətləndirərkən, 
müəllimlərin mümkün olan 20 baldan 19, yaxud 20 bal vermək istəməməsi bal qiymətlərinin 
diapazonunu daraldır və test fərqinin müəyyənləşdirilməsi imkanını məhdudlaşdırır.
 
Orta riyazi qiymət
 
(Mean)

Qiymət komplektlərindəki balların cəminin qiymətlərin sayına 
bölünməsi ilə əldə edilən statistik göstərici. Riyaziyyatçılar bunu “orta riyazi” göstərici də 
adlandırırlar. 
 
Orta təhsil (Secondary education) – Müvafiq tədris proqramının mənimsənilməsi nəticəsində 
əldə edilən ümumi və ya professional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX 
sinfinədək təhsil) və tam orta (11 illik təhsil) təhsil növləri fərqləndirilir. Əksər ölkələrdə natamam 
orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir. Orta təhsil müəssisələri orta 
məktəb, lisey, gimnaziya və s. adlana bilər. 
 
Ortaya çıxarma (Elicitation) – Tələbənin mənimsədiyini, mövzu ilə bağlı bilik səviyyəsini 
aydınlaşdırmaq məqsədilə müəllimin verdiyi müvafiq suallar. Bu üsul daha çox öyrənənlərdən 
məlumatın əldə edilməsini nəzərdə tutur, nəinki ona məlumatın ötürülməsini. 
 
Oyun və simulyasiyalar (Games and simulations) - Reallığı modelləşdirmək üçün hazırlanmış 
təlim və öyrənmə vasitələri. Maarifləndirici oyunlar adətən reallığın imitasiyasına əsaslanır. 
Simulyasiya situasiyanın aspektləri üzərində cəmlənə və öyrənmə təcrübələri üçün təhlükəli olmayan 
şəraiti təmin edə bilər.
 
Ö
 
Ölçmə (Measurement) – Empirik səviyyədə həyata keçililən, müvafiq vasitələrin köməyi ilə 
maddi obyektlərin səciyyəvi xüsusiyyətlərinin müəyyənləşdirilməsini əhatə edən idrak üsulu. 
Məsələn, konkret bacarıqlar şkalası anlayışından istifadə etməklə riyazi bacarıqların kəmiyyət 
baxımından qiymətləndirilməsi.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin