Öyrənmə çətinliyi (Learning difficulty) - xüsusi təhsil ehtiyacları olan şagird qrupunun
məktəbdə yeni bacarıqlar əldə etdiyi zaman qarşısına çıxan çoxcəhətli problemlər.
Öyrənmə çətinliyi olan şagird (Student with learning disabilities) – Tədris prosesində
öyrənmə çətinliyi olan şagirdlərdir. Bu şagirdlər tədris olunan fənlər, yaxud da yeni vərdiş və
bacarıqları mənimsəməkdə çətinlik çəkirlər və xüsusi təhsil ehtiyacları olan şagirdlər qrupuna
aiddirlər. Öyrənmə dəstəyi (Learning support) - Öyrənənlərə müxtəlif forma və vasitələrlə göstərilən
əlavə köməyin təmin edilməsi.
Öyrənmə mərkəzi (Learning centre) - Sinif daxilində müəyyən məqsədlər üzrə təlim
materiallarının yerləşdirildiyi yer.
Öyrənənə istiqamətləndirilmiş yanaşma (Learner-centered approach) -Öyrətmə prosesinin
fərd üzərində cəmləşməsi. Öyrənənlərin maraq, ehtiyac və imkanları əsasında qurulan təlim.
Öyrənənin nəzarət etdiyi təlim (Learner-controlled training) - Öyrənənə, ona ən münasib
olan metodlardan istifadə edərək öyrənmə proqramını öz sürətinə görə təyin etməyə imkan yaradan
təlim.
Öyrənmə mühiti (Learning environment) – Öyrənənin təlim prosesində əhatə olunduğu mühit.
Öyrənmə nəticələri (Learning outcomes) - Məktəb təcrübəsi nəticəsində öyrənənlərin əldə
etdikləri bilik, bacarıq, fikir və dəyərlər.
Öyrənmə strategiyası (Study strategy) – Mövzusu yadda saxlama və xatırlama vərdişlərinin
inkişafı üçün müəyyən edilmiş məqsəd və üsullar.
Öyrənmə tərzləri (Learning styles) Öyrənmənin əsas mərhələləri və növləri də daxil olmaqla
öyrənmə prosesinin ən müxtəlif yollarını ifadə edən termin.
Öyrətmək (Teach) - Bilik, bacarıq və vərdişlərin şagird və ya tələbəyə ötürülməsi.
Öyrətmə strategiyası (Teaching strategy) - Dərs prosesində müəllimin istifadə etdiyi yanaşma
və ya üsul. Məsələn, sualın cavablandırılması üçün müəllimin şagirdə müəyyən vaxt verməsi
öyrətmə strategiyasına nümunə sayıla bilər.