Orijinal adı: «Education Glossary»


Psixometriya (Psychometry / psychometrics) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə62/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   58   59   60   61   62   63   64   65   ...   92
KİTAB Təhsil lüğəti

Psixometriya (Psychometry / psychometrics) - eksperimental psixologiyanın bir bölməsi olub, 
insan davranış və keyfiyyətlərinin kəmiyyət baxımından qiymətləndirilməsi ilə məşğul olan, statistik 
ölçmə və insan davranışları modellərinə əsaslanan elm sahəsi.
 

 
Rabitə (Communication) - Hər hansı məlumatın, materialın, siqnalın, işarənin, mənanın bir 
subyektdən digərinə ötürülməsi. 
Raş Modeli (Rasch Model) - Corc Raşın şərəfinə adlandırılan, tapşırığın ən sadə, ancaq çox 
geniş yayılmış cavablandırılması modeli. Raş modelinə əsasən, şagirdlərin verilmiş tapşırıq 
suallarına uğurlu cavab verməsi ehtimalı fərdin bacarıqları ilə tapşırığın çətinliyi arasındakı əlaqədən 
asılıdır. 
Real hadisənin öyrənilməsi metodu (Case Study Method) - Problemin həlli yollarının real 
hadisələr üzrə müəyyənləşdirilməsi. Bu metodun tətbiqi zamanı müəllim və şagirdlər (tələbələr) 
faktların öyrənilməsi, təhlili, qrup müzakirəsi vasitəsilə problemləri eyniləşdirməyi öyrənir, onların 
çoxtərəfli həlli yollarını düşünür, nəticələr haqqında daha dərin fikirləşir, təkliflər verir və mümkün 
həll yolunu qiymətləndirir, cavablarin düzgün, yaxud səhv olmasından asılı olmayaraq, situasiyaya 
uyğun hərəkət planları üzərində düşünməyə başlayırlar. 
Resurs mərkəzi (Resource Center) - Audio-vizual materialların nümayişinə imkan yaradan 
texniki vasitələrə, çap və digər materiallar toplusuna malik olan Resurs mərkəzi “audio-vizual 
mərkəz”,“təlim materialları mərkəzi”, “öyrənməyə yardım laboratoriyası”, “ictimai-informasiya 
resurs mərkəzi ” və s. adlar altında fəaliyyət göstərir.
 
Risk qrupunda olan uşaqlar\təhlükəyə məruz qalan uşaq və gənclər (Children and youth at 
risk) – Maddi imkansızlıq, erkən hamiləlik

əlillik, cinayət, zorakılıq, spirtli içki / narkotik istifadəsi 
və təhsil üçün əlverşsiz olan digər sosial-iqtisadi çətinliklərlə üzləşmiş uşaq və gənclər. Bu qrupa 
daxil olan uşaqlar tədris prosesində xüsusi diqqət və yanaşma tələb edən şagirdlərdir (valideyn 
himayəsindən məhrum olan uşaqlar, küçə uşaqları, qaçqın və məcburi köçkün uşaqları və s.). Bu 
qrupa həm təlim keçməyən, həm də təlimdə xüsusi ehtiyacları olan şagirdlər aiddir. Məs. 15 yaşlı 
uşağın oxumağı, yazmağı bacarmaması və s. vərdiş və ya bacarıqlarının olmaması. 


- 39 - 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin