Səmərəlilik əmsalı / Faydalı iş əmsalı (Coefficient of efficiency) - Şagird (tələbə) kontingenti
üçün tələb olunan təhsil mərhələsinin konkret anında başlanğıc nöqtədə qarşıya qoyulmuş məqsədləri
nəzərə almaqla həmin tələbə (şagird) kollektivinin təhsilinə sərf edilmiş müddət və əldə edilmiş
nəticələr arasındakı tənasüb üzrə hesablanan əmsal.
Sərbəst cavab imkanına malik tapşırıq (Free-Response Item) -Test edilən şəxslərin öz
fikirlərini sərbəst şəkildə bildirməsinə əsaslanan tapşırıq. Cavab çox qısa (məsələn, bir söz) yaxud
geniş (məsələn, bir-iki cümlə) ola bilər.
Səthi etibarlılıq (Face Validity) - Testin ancaq araşdırmaya əsasən qiymətləndirilməsi. Məsələn,
testin formatı onun əsli ilə olan müvafiqlik xüsusiyyətinə, yaxud qəbul edilmiş tədris praktikasına
uyğunluq dərəcəsinə görə yoxlanıla bilər. (bax: Etibarlılıq).
Sınaq xarakterli tətbiq etmə (Pilot) - Qiymətləndirmə sistemini tam şəkildə tətbiq etməzdən
əvvəl, onu eksperimental məktəbdə nisbətən geniş miqyasda təcrübədən keçirməklə sistemdəki
nöqsan və çatışmazlıqların aşkara çıxarılaraq aradan qaldırılması.
Sızma (Leakage) -İmtahan materiallarının, yaxud məlumatların rəsmi açıqlanma tarixindən
əvvəl icazəsiz olaraq açıqlanması.
Simvolların optik tanınması cihazı (OCR) - İCR (Simvolların İntellektual Tanınması) proqram
təminatına malik skaner vasitəsi ilə kompüterə avtomatik şəkildə daxil edilən geniş diapazonlu
məlumatların (şagird haqqında məlumatlar, çoxsaylı seçim imkanına malik cavab və qısa cavab)
simvollarının (rəqəm, hərf, qiymətlər) oxunması və tanınmasına imkan verən xüsusi cihaz.
Sinif dili (Classroom language) - Forma və funksiyasına görə sinifdənkənar şəraitdə istifadə
edilən dildən fərqlənən təlimatverici, yaxud öyrədici dil.