- 45 -
Test dərsliyi (Test manual) - Xüsusi test cavablarını izahlı şəkildə aydınlaşdıran məlumat kitabı.
Testə meyllilik (Test bias) - Ölçülən konstrukta əsasən müqayisə edilən iki və ya daha çox
qrupun test qiymətlərində və ya həmin qiymətlərə dair proqnozlarda olan fərqlər (bax:
Yanlış Olan
İlkin Qənaət).
Test növləri (Test types): İstifadə məqsədinə görə adlandırılan testlər. Test növləri aşağıdakı
kimi təsnif edilir:
A) Nailiyyətlər testi (Achievement test) - Sinifdə öyrədilən materialın öyrənənlər tərəfindən necə
mənimsənilməsini müəyyən etmək üçün istifadə edilən test növü. Bu növ testlər çox vaxt ya rübün /
semestrin ya da dərs ilinin sonunda keçirilir.
B) Diaqnostik test (Diagnostic test) - Dil öyrənənlərin problemlərini müəyyən etmək üçün
istifadə edilən test növü. Bu testin köməyi ilə müəllim öyrənənlərin biliklərinin güclü və zəif
tərəflərini diaqnoz edərək öyrənir ki, bu da müəllimə gələcəkdə nəyi öyrətməyi planlaşdırmaqda
yardımçı olur.
C) Məqsədli test (Objective test) –İmtahan verənin fikrini nəzərə almadan onun cavablarının
qiymətləndirilməsi. Belə testlərdə öyrənən düzgün hesab etdiyi cavablardan birini işarələyir.
D) Yerləşdirmə testi (Placement test) –Dərs ilinin əvvəlində şagird və ya tələbələrin bilik və
bacarıq səviyyələrini müəyyənləşdirməklə onları öz səviyyələrinə uyğun qrup, yaxud siniflərə təyin
etmək üçün istifadə edilən test növü;
E) Sumativ test (Summative test) – Təlimin sonunda istifadə edilən ümumiləşdici test növü;
İ) İnkişaf testi (Progress test) - Mənimsəmənin hansı səviyyədə olmasını müəyyən etmək
məqsədi ilə təlim ərəfəsində istifadə edilən test növü.
Dostları ilə paylaş: