Tətbiqi təlim (Application teaching) - Ən əsas və sadədən başlayaraq mürəkkəbə doğru olan
ideyaların öyrədilməsi prinsipinə əsaslanan konstruktivist yanaşma.
Tətbiqi təlimdə müəllim gözlənilən nəticələrin tələbələr tərəfindən yaradılmasını təmin edir.
Tətbiqi tədqiqat (Applied research) – Nəzəri bilikdən daha çox, təcrübi tətbiq qaydalarını
müəyyənləşdirmək üçün aparılan araşdırma.
Törəmə qiymət (Derived Score) - Bir şkalanın kəmiyyət, yaxud keyfiyyət qiymətindən digər
şkalanın vahidlərinə keçirilən qiymət (məsələn, standart qiymət). U Uşaqlıq (Childhood) – Uşaqlıq BMT-nin “Uşaq hüquqları haqda” konvensiyası, beynəlxalq
normalara əsasən insanın doğumdan, çağalıq dövründən yeniyetməliyədək (18 yaşa qədər) olan
inkişaf dövrüdür. Pedaqogikada təyin edilmiş yaş dövrünə uyğun olaraq uşaqlıq 11 yaşa qədər olan
dövrü əhatə edir və tərkibinə daxildir: körpəlik - 1 yaşa qədər; erkən uşaqlıq – 3 yaşa qədər;
məktəbəqədərki dövr – 6 yaşa qədər, aşağı sinif yaşı -10-11 yaşa qədər.
Uşağın inkişafı (Child development) - Fasiləsiz və ya davamlı şəkildə uşaqda baş verən təbii
dəyişiklik. Belə fasiləsiz inkişaf prosesi anadangəlmə, irsi amillərin təsiri altında olan yetkinləşməyə
və ətraf mühitin təsirləri ilə bağlı olan maraqlara gətirib çıxarır.
Uşağa qarşı zorakılıq (Child abuse) - Valideynlər, tərbiyəçilər, müəllimlər və b. tərəfindən
uşağa qarşı fiziki, verbal (sözlü), emosional xarakterli təhqiredici davranış. Uyğun element (Matching Item) - Bir siyahı üzrə hər bir bəndin digər siyahının hər bir bəndi ilə
düzgün şəkildə əlaqələndirilməsini tələb edən test tapşırığı.
Uyğunlaşmalar (Accommodation) – Şəraitə, müəyyən xüsusiyyətlərə uyğun olaraq testin
keçirilməsi, təlimatlandırma və s. qaydalarla bağlı dəyişikliklər. Uyğunlaşdırma zamanı dəyişikliklər
testin konseptual qaydalarında, meyarlarında deyil, daha çox, test suallarının tərtibi, təqdimatı,
cavabın formatı, testin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddəti və s. məsələləri əhatə edir.
Uyğunlaşmalar biliyin nümayişi üçün bərabər imkanların yaradılması məqsədinə yönəlir.