Orijinal adı: «Education Glossary»


Uyğunlaşdırma və Tətbiq edilmə (Accommodations and Adaptations)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə87/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   84   85   86   87   88   89   90   91   92
KİTAB Təhsil lüğəti

Uyğunlaşdırma və Tətbiq edilmə (Accommodations and Adaptations) – Xüsusi Qayğıya 
ehtiyacı olan uşaqlar\şagirdlər üçün tapşırıqların yerinə yetirilməsini əlverişli etmək məqsədilə 
qiymətləndirmənin planlaşdırılmasında və həyata keçirilməsində dəyişikliklərin aparılması. Bu cür 
uyğunlaşdırmaya və ya tətbiq edilməyə misal kimi görmə qabiliyyəti zəif olan şagirdlər üçün daha 
böyük ölçülü şrift və ya Brayl əlifbasından istifadə, yaxud, ana dili tədris dili hesab edilməyən 
şagirdlər üçün ana dilində (milli azlıqların dilində) testlərin tətbiq edilməsini və s. göstərmək olar. 
 
Ü 
 
Üçüncü dərəcəli təhsil (Tertiary education) - Orta ümumi təhsildən sonrakı və ali təhsili əhatə 
edən təhsil səviyyəsi. 
Ümumi etibarlılıq (Concurrent validity) - İki test üzrə bal qiymətlərinin bir-birinə uyğunluq 
dərəcəsi. Nümunə: yeni və ya artıq sınaqdan keçirilmiş testdə, yaxud da qabiliyyət və nailiyyət 
testində eyni bir xüsusiyyətin üst-üstə düşmə dərəcəsi (bax: etibarlılıq). 
Ümumiləşdirmə bacarığı (Generalizability) - Test nəzəriyyəsində “bütün müşahidələrin 
ümumiləşdirilməsi ilə davranış seçiminin qiymətinə” əsasən yekun rəyin qəbul edilməsi. 


- 52 - 
Ümumiləşdirmə bacarığı ölçmə xətasında həqiqi qiymət anlayışının nəzəri alternatividir. 
Ümumiləşdirmə bacarığı nəzəriyyəsi səhvlərin bir neçə formasının olduğunu və alternativ 
ümumiləşdirmə formalarını qəbul edir. (bax: Ölçmə Xətası
Ümumiləşdirilmiş qiymət (Aggregated scores) – Bir qayda olaraq, balların toplanması 
nəticəsində əldə edilən qiymət (bir neçə test üzrə müəyyən bir şəxsin topladığı ballar və ya bütün 
şagirdlərin toplam balları (məsələn, bütün üçüncü sinif şagirdlərinin).
İmtahan qiymətlərinin verilməsi qaydası çox vaxt bir neçə qiymət komponenti üzrə balların 
cəmindən alınan qiymətlərə əsaslanır. Məsələn, dil imtahanı üzrə qiymət dinləmə, oxu, yazı və 
danışığa əsaslanan testlərin ballarının cəmlənməsi ilə əldə edilə bilər. Qiymətlərin cəmlənməsi 
toplanan balların yüksək tutuşdurma və müqayisə səviyyəsinə malik qiymət elementlərindən hasil 
olunmasını tələb edir. Ən yaxşı variant kimi, ballar eyni şərtlərlə verilən bərabər qiymətə 
əsaslanmalıdır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin