V Valideyn Müəllim Assosiasiyası - VMA (Parent-Teacher-Association - PTA) – Valideynləri
məktəblə əməkdaşlığa cəlb edən şagirdlərin valideynləri və müəllimlər tərəfindən yaradılan birlik.
Valideyn Təşkilatları (Parents Organizations) - Təhsil alanların valideynləri tərəfindən
yaradılan birliklər. Valideyn təşkilatları məktəblərin inkişafı üçün cəmiyyətin dəstəyini təmin edə,
yerli, yaxud milli səviyyədə təhsil sistemində aparılan islahatlara təsir göstərə bilər.
Validlik (Validity) – Test, yaxud ümumilikdə imtahanın məqsədini müəyyən edən meyar. Vasitəçilik (Moderation) – İmtahan keyfiyyətinin yoxlanılmasına imtahan
edən
orqanlar
tərəfindən vasitəçi ekspert qruplarının cəlb edilməsi. Ekspert qrupunun vəzifəsi imtahan tapşırıqlarını
araşdırmaqdan
ibarətdir. Məktəb səviyyəsindəki qiymətləndirmə prosesində vasitəçilik təhsil şöbəsi
nümayəndəsinin məktəbin işi ilə tanış olmaq, müəllim və şagird heyəti ilə söhbət aparmaq üçün
məktəbə gəlməsindən ibarət ola bilər. Bu çərçivədə araşdırılmaq üçün şagirdlərin şəxsi işlərinin təhsil
şöbəsi rəhbərliyinə göndərilməsi də mümkündür.
Vətəndaşlıq (Citizenship) – Konkret dövlətin ərazisində yaşamaq və dövlətin qanunvericiliklə
təmin etdiyi bütün hüquqlardan istifadə etmək imkanı
verən
hüquqi status.
Vətəndaşlıq statusu dövlət və cəmiyyət münasibətlərində qarşılıqlı hüquq və öhdəliklər,
bərabərlik, müxtəliflik və sosial ədalət ideyalarını özündə ehtiva edir. Vətəndaş təhsili (Civic Education) - Vətəndaşların cəmiyyətdə və dövlətin idarə olunmasında
fəal iştirak etməsi üçün əhəmiyyətli olan bilik, vərdiş və bacarıqların öyrədilməsidir.
Y Yada salma tapşırığı (Recall Item) - Test edilən şəxsin düzgün cavabı yada salmasını tələb
edən tapşırıq (bax: Tanıma tapşırığı).