- 8 -
Programın məqsədi Avropanı aparıcı iqtisadi bilik məkanına çevirmək və qarşılıqlı əməkdaşlıq əsasında bu
regionda tədqiqat
üçün münbit şərait yaratmaq, AŞ-na üzv olan ölkələrin tədqiqatçı-alimləri arasında
əməkdaşlığın inkişafı hesabına Avropa məkanında azad tədqiqat siyasətini həyata keçirməkdir.
B
Bacarıq/səriştə (Proficiency) – Konkret sahədə biliyin lazımi səviyyədə əldə olunması və onun
təcrübədə nümayiş etdirilməsi.
Bacarıq/səriştə testi (Competency Test) - Şagirdin müəyyən edilmiş minimum standart bilik və
bacarıqlara yiyələnməsi nəticəsində növbəti sinfə keçmək,
məktəbi bitirmək,
təhsildəki nailiyyətlərini
təsdiqləyən hər hansı rəsmi sənəd almaq hüququna malik olmasını müəyyənləşdirmək üçün keçirilən
test.
Bacarıq testi (Power Test) - Sürət
testindən fərqli olaraq, qiymətləndirmənin
şagirdin test
tapşırığını yerinə yetirdiyi müddətdən deyil, onun konkret sahədə tətbiq etdiyi bilik və bacarıqların
keyfiyyətindən asılı olduğu test. (bax:
Sürət Testi).
Balans, tarazlıq (Balance) - Konkret nəticələri müəyyənləşdirmək
məqsədilə verilmiş tap-
şırıqların “ideal” testə və ya test parametrlərinə uyğunluq səviyyəsi.
Beynəlxalq Bakalavriat Təşkilatı, BBT (International Baccalaureate Organization, (IB/O) –
1968-ci ildə Cenevrədə yaradılan və 3-19 yaşlı orta məktəb şagirdləri üçün ingilis, fransız və
ispan
dillərində ikiillik tədris kursu təşkil edən qurum. BBT orta məktəblərə 3 proqram təklif edir:
- Diplom Proqramı
- Orta Yaş Təlimi Proqramı
- İbtidai Yaş Təlimi Proqramı
Milli sistemin ən yaxşı elementlərini özündə ehtiva edən bu beynəlxalq ümumi təhsil planı şagirdlərə
öz ölkələrinin təhsil sisteminin tələblərini yerinə yetirmək imkanı verir.
Dostları ilə paylaş: