Orijinal adı: «Education Glossary»


Yüksək səviyyəli düşünmə (Higher-order thinking) –



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə91/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   84   85   86   87   88   89   90   91   92
KİTAB Təhsil lüğəti

Yüksək səviyyəli düşünmə (Higher-order thinking) – Düşünmənin təhlil, təsnifаt, dərk olunan 
keyfiyyət və ya əlaqələrin təşkili ilə nəticələnən kompleks pilləsi; ideya, anlayış və prinsiplərin şifahi 
şəkildə birləşdirilməsi, situasiya üçün məqbul olan fikirlərin əhatə edilməsi, yaxud 
ümumiləşdirmələrin aparılması. 
Yüksək səviyyəli öyrənmə (Higher-order learning) – Əsas meyarların ayırd edilməsi, 
anlayışların tədqiqilə faktın dəyərinin öyrənilməsi. 
Yüksək səviyyəli suallar
 
(Higher-order questions) -
 
Yalnız bir cavab seçməyi deyil, ətraflı 
düşünməyi, təfsir etməyi, mülahizə yürütməyi, rəy söyləməyi, müqayisə etməyi tələb edən suallar. 
Məs: “Göy qurşağı hansı rənglərdən ibarətdir?” tipli suallar müşahidə etmək bacarığını yoxladığı 
halda, “Göy qurşağının faydası nədir? ” kimi suallar qoyulmuş məsələnin həlli üçün nisbətən dərin 
düşüncə və tənqidi yanaşma tələb edir.


- 54 - 

 
Z-qiyməti (Z-score) - Orta göstəricisi 0, standart kənarlaşması 1 olan standart qiymət.
Z-qiyməti “0” olan şəxs orta göstərici səviyyəsində, Z-qiyməti +1 olan şəxs isə orta göstəricidən 
bir standart kənarlaşma pilləsi qədər yuxarı səviyyədə hesab edilir.
Z-qiymətləri arasındakı fərq öyrənmə ilə qabiliyyət arasındakı fərqi daha dəqiqliklə ifadə edir.
 
Zəkaya əsaslanan təlim. (Brain based teaching/learning) – Şagirdin (tələbənin) öz fitri 
istedadını dərk etməsinə və müəllimin ona bu istiqamətdən yanaşmasına yönəlmiş təlim. 
Müəllim 12 prinsipə əsaslanan və öz səmərəliliyini təcrübədə təsdiqləyən bu təlimi şagirdin 
şəxsi həyat təcrübəsi və reallıqla əlaqələndirmək imkanına malik olur.
 

Zənginləşmə (Enrichment) – şagirdlərin istedad və maraqlarını inkişaf etdirmək, sağlam 
şəraitdə qarşılıqlı münasibətlər yaratmaq məqsədilə məktəbdən əvvəl yaxud sonra təşkil edilən 
xüsusi təhsil fəaliyyəti və layihələrə, konsert proqramlarında iştiraka, muzey səfərlərinə və s. 
əsaslanan sinifdənxaric təlim. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin