Yol hərəkəti haqqında


Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə72/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   68   69   70   71   72   73   74   75   ...   86
yhq az 062743

Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin 
alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər 
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik 
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində 
sərxoş vəziyyətdə idarə edilməsinə görə - 500 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. 
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 15 gündən 1 ayadək 
müddətə inzibati həbs tətbiq olunur. 
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının 
pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş 
şəxsə maddi zərər vurulmasına görə - 800 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. 
334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat 
vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - 1 aydan 2 ayadək müddətə inzibati həbs 
tətbiq olunur. 
334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi 
zərər vurulmasına görə - 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin