1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


Milli əxlaq və ailə etikası



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#126557
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf (2)

 


2.Milli əxlaq və ailə etikası
Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin 
özəyidir. Ona görə də dövlət maraqlıdır ki, ailə möhkəm, nikah uğurlu olsun, 
ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu da təbiidir. Ailədə tərbiyə olunmuş 
gənciər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, müxtəlif vəzifələr 
tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağiam olsalar, cəmiyyətin dayaqları bir o 
qədər sağiam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli 
dərəcədə ailələrin möhkəmliyindən, bu ailədəki mənəvi və psixoloji iqlimin 
sağlamlığından çox asılıdır. Ər və arvadın bir – birinə qarşılıqlı məhəbbəti, bir – 
birini qarşılıqlı anlaması, səmimiyyət, birinin digərinin sevincinə, kədərinə şərik 
olması, qarşılıqlı kömək, bir – birinin sağlamlığı qayğısına qalması, eyni zamanda 
öz övladlarını sevməkləri, valideynlər və uşaqlar arasında qarşılıqlı anlama 
şəraitlnin oiması, atalar analarını öz uşaqlarına, uşaqların öz valideynlərinə hörməti 
və onların nüfuzunu qorumaqları ailənin mənəvi əsasını təşkil edir. Ailənin hər bir 
üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi tanıtmalıdır. Ailədə kişi bir 
ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir. Kişinin öz həyat 
yoldaşına xeyirxah münasibətindən danışan V.Q.Belinski yazırdı: “Arvad bizim 
məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də, lap qocalıb qarı 
oiduqda da, biz onu sevməli və ona hörmət etməliyik”. 
Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz 
vəzifələrini uğurla həyata keçirə bilir. Qadının da bir həyat yoldaşı kimi və ana 
kimi öz borcu, məsuliyyəti vardır. Ailədə “mən” hissi “ biz” hissinə çevrilməlidir. 
Ailə dövlətin himayəsi altındadır. Hazırda cəmiyyətimizdə, ailədə mənəvi 
münasibətlərin yeni tipi formalaşmışdır. Ailənin əsaslandığı ən mühüm prinsiplər 
kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata – anaların öz övladlarının 
qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir. Ölkəmizdə əksər ailələr 
niyyətə, mənafeyə görə deyil, qarşılıqlı məhəbbət əsasında qurulur. Valideynlərin 
arasındakı qarşılıqlı hörmət və səmimiyyət eyni zamanda uşaqlar üçün ən 
nümunəvi tərbiyə məktəbinə çevrilir. Biz göstərdik ki, ailə gənclərin qarşılıqlı 
sevgisi əsasında qurulur. Lakin gəlin etiraf edək ki, ailənin möhkəm olması üçün 
təkcə məhəbbət kifayət deyil. Mümkündür ki, maddi mülahizə əsasında qurulan 
ailə məhəbbətə görə yaradılan ailədən daha uğurlu və möhkəm olsun. Maddi 
çətinliklər, xarakterlərin, temperament tiplərinin fərqli olması, məqamların, 
mənafelərin uyğun gəlməməsi, hövsələsizlik, kənar şəxslərin ailənin işlərinə 
qarışması ər – arvadın məhəbbətini soyuda bilər. Əlbətə, bu məhəbbət güclü
möhkəm deyilsə. Məhəbbət bir – biri qarşısında borc və məsuliyyət daşımaqla sıx 
bağlıdır. Ər – arvadlıq və ailə borcu çox mühüm mənəvi sərvətdir. Valideynlər 
oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından 
yanaşır. Onun ata – anasının, bacı – qardaşının ailədə, cəmiyyətdə işdə mövqeyi 
necədir, tərbiyələri necədir? Qıza elçi gedəndə də oğlan evi bu barədə məlumat 
toplayırlar. Bu da təbiidir. Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu 


ailədə qarşılıqlı münasibətlərin əxlaqnormalarına uyğun qurulub – qurulmadığını 
bilmək istəyirlər. Ailədə xoş, səmimi münasibətlər bu və ya digər problemlə bağlı 
ər və arvadın bir – biri ilə məsləhətləşməsi, lazım gələrsə, ailənin digrə üzvlərinin, 
oğlanların və qızların, baba və nənənin fikrini öyrənmək, ailənin mənəvi 
dayaqlarını möhkəmləndirir. Ailədə mənəvi atmosferin uğurlu olması bizim hər 
birimizdən asılıdır.
Qarşılıqlı münasibətlər düzgün qurulsa, problem baş qaldırmır. Mürəkkəb ailə 
şəraitində əlavə problemlər ortaya çıxır. Ər – arvad və uşaqlardan savayı, ailədə 
baba – nənə, kişinin qardaşı və bacıları olur. Burada qarşılıqlı münasibətlərin 
qurulması müəyyən çətinliklərlə müşayiət olunur. Bədii ədəbiyyatdan və həyat 
təcrübəsindən görünür ki, qayınata – gəlin münasibətləri gəlin – qayınana 
münasibətlərinə nisbətən ixtilafsız ötüşür. Qayınata hətta, bir çox hallarda gəlinin 
müdafiəsində dayanır. Gəlin – qayınana münasibətləri həmişə söhbət mövzusu 
olmuşdur. Diqqət yetirək: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır. 
“Yanan anadır, yeyən qayınana”. “Gəlinin dini yox, qayınananın imanı” və s. 
Ailə ixtilafları ər – arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş 
verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün hər şeydən əvvəl 
ər – arvad münasibətləri də özünü büruzə verən nöqsanları aşkara çıxarmaq 
lazımdır. Hər ailədə söz – söhbət var. Ancaq yaxşı olar ki, bu mübahisəni həmin 
şəxslərin özləri həll etsinlər. Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın 
nəticələrini təkcə mütəxəssislər, sosioloqlar və demoqraflar, psixoloqlar və 
pedaqoqlar, həkimlər və başqaları, belə qiymətləndirmir, boşananların özləri də 
sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlaya, 
övladlarının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz 
əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin vəziyyətə saldıqlarını 
çox zaman etiraf edirlər. Lakin bir də görürsən ahəngdarlıq nə evdə, nə də işdə 
alınır. Xoşumuza gəlmədikdə iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını 
alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi, 
kobuluğu, ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz 
valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız 
üçün məhz bu iki nəfərə borcluyuq. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin