5.İslam dinində əxlaqi təlimin mahiyyəti
İslam dini barış dini hesab olunur. Dilimizin mövqeyi belədir: “Bədən
həbs edilə
bilər, amma ruh azaddır”.
Dünyanın bir çox dərin təfəkkür, zəka sahibləri, hətta xristian dininə mənsub
mütəfəkkirlər islamın xristian dinindən daha mütərəqqi olduğu qənaətinə
gəlmişdilər.
İslam dini elmin bir çox sahələrini – fəlsəfə, siyasət, hüquq, məntiq və s.
birləşdirir. İslam dininin özüllərinin, xüsusiyyəti də “Qurani – Kərim” və
peyğəmbərimiz həzrəti Məhəmmədin hədislərinin zəngin tərbiyəedici imkanları
vardır. O, həyatda yaxşı işlər görməyi, xoş əməllər etməyi tələb edirdi.
Bu bir həqiqətdir ki, əməli saleh adamların oturuşu – duruşu da yaxşı olur, onlar
pis əməllərə meyl etmirlər.
Nəticədə ailədə, iş yerində, cəmiyyətdə nüfuz
qazanırlar.
Quranda ailənin dağılmasına pis hal kimi baxılır. Nikahın pozulması xatirinə
kişilərə öz fikrindən daşınmaq tövsiyə olunur.
Quran insanların hərəkətini vəziyyətə, konkret şəraitə görə qiymətləndirməyi və
bunlara müvafiq tədbir görməyi tövsiyə edir. Belə ki, borc almış
şəxsi
darıxdırmaq məsləhət bilinmir.
Məhəmməd Peyğəmbərin hədislərinin tərbiyəedici imkanları da genişdir. Həzrəti
Məhəmməd əleyhissalam, hər şeydən əvvəl beşikdən qəbrədək elm öyrənməyi
tövsiyə edirdi. Alimlər cəmiyyətimizin hazırkı mərhələsində həmin fikri müdafiə
edirlər. Peyğəmbər elmə yiyələnməyi istər kişi, istərsə də qadın üçün vacib
sayırdı. Özü də Peyğəmbər avam, savadsız və cahil mollaların dediyinin əksinə
olaraq elmi ibadətdən üstün tutur və deyirdi: Bir saat elm öyrənmək 60
illik
ibadətdən xeyirlidir. Peyğəmbər təhsilə kiçik yaşlardan başlamağı düzgün hesab
edir, uşaqlıqdan öyrənilən elmi daş üstündə yazıya, müəyyən yaş həddinə
çatdıqdan sonra öyrənilən isə su üstündə yazıya bənzədirdi. Bunu belə anlamaq
olar ki, daş üstündə yazı pozulmazdır, su üzərində isə tez bir zamanda çəkilib
gedir.
İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən peyğəmbər tərbiyəyə birinci
dərəcəli əhəmiyyət verirdi. “Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli
hədiyyə verə bilməz” O, valideynlərə və böyüklərə hörmət etməyi yüksək
qiymətləndirirdi.
Bütün bunlarla yanaşı, gənclərə vaxtında
ailə qurmaq, böyüyün – kiçiyin yerini
bilmək, xüsusilə qız uşaqlarının tərbiyəsi qayğısına qalmaq tövsiyə edirdi.
Hədislərdə həyalı və namuslu olmaq mühüm mənəvi keyfiyyət kimi irəli sürülür.
Bunun səbəbi isə belə aydınlaşdırılır: Həyalı və namuslu olun ki, qadınlarınız da
həyalı olsun.
Buradan belə nəticə çıxır ki, bəzən qadının həyatda, məişətdə özünü necə
aparması kişidən çox asılıdır.
Məhəmməd peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd –
nəsihətlərini eşitməyə çağırırdı. Həqiqətən, böyüklərin məsləhəti ilə iş görmək
adamı xoşbəxtliyə çağırar.
Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl
kimi zülm və qohumluq tellərinin qırılması xatırladılır.
Peyğəmbər qohumluğu
yaxın adamlar arasında sevgi və uzun ömür sayırdı.
Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən
şəxslər pislənir və belələrinin əvvəl – axır öz cəzalarına çatacaqları göstərilir.
Peyğəmbər fikri – zikri sərvət toplamaq olan şəxsləri tənqid atəşinə tutur, onları
ağılsız hesab edir. Ölüm haqdır. İnsan dünyadan köçəndə özü ilə heç nə aparmır.
Məhəmməd peyğmbər tamahkar, gözü onun – bunun əlində olan, tənbəl və
yatağan, arsız və düşük şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə
bir adamdan xeyirdən çox ziyan dəyər. Onlar ailənin də, cəmiyyətin də boynunda
yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv edən mühitdən narahatlıqla
söz açırdı.
Həzrəti Məhəmməd insanlarda vətənpərvərlik hissini yüksək qiymətləndirirdi.
Həm də vətənə sevgini sözdə deyil, əməldə görürdü.
Hədislərdə qonşuluq
münasibətlərinə də toxunulur, qonşunun xeyir – şərindən
vaxtında xəbər tutmağın, qonşu ilə mehriban dolanmağın zəruriliyindən söz
açırdı.
Peyğəmbər həsəd, paxıllıq haqqında dediyi sözlərdə maraq doğurur. “Od ağacı
yandırıb yediyi kimi, həsəd də yaxşılığı yeyər”.
Həzrəti Məhəmməd mərhəmət və yaxşılıq haqqında söz açarkən məzlumlara əl
tutmağın vacibliyini göstərir. Qeyd edir ki, Allahın ən çox sevdiyi ev yetimə
hörmət bəslənilən evdir. Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə
Allah da mərhəmət edər.
Peyğəmbərimiz mənəviyyat, davranış, rəftar və ədəb qaydalarına
xüsusi diqqət
yetirirdi.
O, insanlara tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini
düşünməyi məsləhət bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi.
Məlum olduğu kimi, şəxsiyyətin təşəkkül tapıb formalaşmasında irsiyyətin,
tərbiyənin və sosial mühitin rolu böyükdür. Alimlər neçə əsrlərdir ki, bu üç
amildən birinə üstünlük verirlər. Bu məsələyə Həzrəti
Əli də öz münasibətini
bildirmişdir. O, hər üç amilin rolunu yüksək qiymətləndirirdi. Əsrlər keçmiş,
bəşəriyyətin tarixində köklü dəyişikliklər olmuşdur. Əxlaq inkişaf etmiş, forma
və məzmunca dəyişmişdir. Hər dövrün öz hökmü vardır. Təlim – tərbiyəyə də
yeni nəzərlərlə baxılır. Lakin ötən əsrlərdə Məhəmməd peyğəmbərin, Həzrəti
Əlinin tərbiyəvi fikirlərinin önəmi heç də azalmamışdır.
Dostları ilə paylaş: