1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


Nizami Gəncəvinin əxlaqi görüşləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#126557
1   2   3   4   5   6   7   8   9   10   ...   13
milli exlaq 60s pdf (2)

7.Nizami Gəncəvinin əxlaqi görüşləri 
 
N.Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük töhfə, 
ən qiymətli sərvətdir., xalqımızın milli iftixarıdır. O, dünya miqyaslı şair və 
mütəfəkkir alim kimi bütün dövrlərdə zirvələr fəth etmiş və etməkdədir. 
Nizami insan şəxsiyyəti ilə bağlı çox önəmli və dəyərli konsepsiya yaratmış, həmin 
konsepsiya əsasında bədii təfəkkürün sonsuz imkanlarından bəhrələnərək 
poemalarda fəlsəfi, pedaqoji və psixoloji fikrin bənzərsiz nümunələrini əks 
etdirmişdir. 
Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanlarının nümunəsi də bir 
tərbiyə məktəbidir ki, oxucunu əxlaqi cəhətdən saflaşmağa, mənəvi baxımdan 
kamilləşməyə sövq edir. O, insanı dünyanın əşrəfi kimi ucaldaraq, onun hərtərəfli 
yetişməsini, nəcib və ən gözəl keyfiyyətləri özündə cəmləşdirməsini, onun 
mədəni davranışvərdişlərinə, rəftar tərzinə yiyələnməsini arzulayırdı. Əsərləri, 
hikmətli, müdrik fikirləri ilə tanışlıq insanlarda tərbiyələnmək, mənəvi saflaşmaq 
tələbatları yaradır. Nizaminin təlim və təhsilə, tərbiyənin tərkib hissələrinin 
məzmununa daxil olan məsələlərə aid çoxlu qiymətli fikirləri vardır. Onun əxlaqi 
qörüşləri xüsusilə önəmlidir.
Nizaminin əxlaqi görüşlərində vətənpərvərlik, vətən sevgisi xüsusilə yer tutur. O, 
tərbiyənin məqsədini vətəndaşların fəaliyyətinə, həqiqətə, ədalətə, eyni zamanda 
gözəlliyə xidmət göstərməsində görürdü. O, şəxsiyyətin inkişaf prosesinin xarici 
mühitdən asılılığını qəbul edir, uşağın inkişafı ilə onun tərbiyəsinin yanaşı, 
vəhdətdə getdiyi qənaətinə gəirdi. Hərtərəfli inkişaf etmiş insanın tərbiyə 
olunmasını vacib bilirdi. O, ətraf mühitlə insanlar arasındakı münasibətlər barədə 
düzgün anlayışların yaradılmasını məsləhət görürdü.
Atalarımızın belə müdrik kəlamı var: “Qane olmaq – xoşbəxt olmaq deməkdir”. 
Nizami də insanların var – dövlətə həris olmasına qarşı çıxır, azla qənaətlənməyi 
tövsiyə edirdi”. 
Nizami ədalətli olmağı mühüm əxlaqi keyfiyyət sayır, birisinin digərinə 
münasibətində ədalətin, insafın tələblərini gözləməyi vacib bilirdi. O, insanların 
xeyirxah işlər görmək arzusunu təqdir edir, dünyada yaxşılığı hər şeydən üstün 
sayırdı. 
Şairin əxlaqi görüşlərində əməyə məhəbbət, zəhmətə bağlılıq, əməksevərlik xüsusi 
yer tutur. O, insanları boş – bekar dayanmamağa, bir işin qulpundan yapışmağa 
çağırır. İnsan hansı yaşda olmasından asılı olmayaraqhansısa iş görməyə qadirdir. 
Məhdud imkanı, gücü daxilində də dolanışığını təmin edə bilər. 
Əməyə yüksək qiymət verən Nizami onun axırının insanın rahatlığı ilə 
nəticələnəcəyinə möhkəm əmindir və bu qənaətə gəlir ki, ərənlər şöhrətə zəhmətlə 
ucalıbdır. 
Böyük şair tamahkarlığı, acgözlüyü, yaxşı hal hesab etmir, bildiridi ki, həyatda çox 
yeyənlər çox yaşamır, ağıllı adamlar, nəfsinə hakim olanlar uzun ömür sürür
hətta dünyadan köçəndən sonra da ömürləri davam edir. 


Nizaminin əxlaqi görüşlərində yoldaşlıq və dostluq münasibətləri geniş yer tutur. 
Dahi şair yoldaşlıq və dostluğu ümumbəşəri keyfiyyət kimi nəzərdən keçirir və 
insan mənəviyyatının inkişafında onun oynadığı rolu göstərir. 
O, insanın həyatında, onun inkişafında həm irsiyyətin, həm də sosial mühitin 
roluna yüksək qiymət verir. Nizami eyni zamanda irsiyyətin rolunun şişirdilməsi 
ilə razılaşmırdı: “Çox iti zehinlər yatan oldular, Axırda saxsı qab satan oldular” 
Onun yaradıcılığında böyüyə hörmət əhəmiyyətli yer tutur. O, ağsaqqalların, yaşlı 
adamların ağıllı məsləhətlərinə qulaq asmağı, onlardan faydalanmağı 
məqsəduyğun bilirdi. 
Nizami insanda insanlığı yüksək qiymətləndirirdi. “İnsanlıq anlayışını o, geniş 
şəkildə nəzərdən keçirir, insanlıqda ən yüksək keyfiyyətlərin məcmusunu 
görürdü. İnsanlıq simasını itirən şəxsləri bədbəxt hesab edirdi. 
Şair əsarətə, başqasının haqqının tapdalanmasına pis baxırdı. Adam incitməyi, zor 
tətbiq etməyin əleyhinə idi. Öz şerləri ilə insanları başa salmağa çalışırdı ki, belə 
hərəkətlər xoşagələn deyil, əksinə, təzyiqə məruz qalanda nifrət, kin yaradır, onun 
şəxsiyyətini alçaldır. Odur ki, Nizami bu kimi adət və vərdişlərdən uzaq durmağı 
tövsiyə edir və anladırdı ki, kobud hərəkətin, zülmün sonu yoxdur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin