8.Nəsrəddin Tusinin əxlaqi görüşləri N.Tusinin əxlaqi görüşləri, əsasən, “Əxlaqi – Nasir” əsərində cəmlənmişdir. Bu
kitabda diqqət yetirilən başlıca məsələlərdən biri əxlaqın saflaşdırılmasıdır. Tusi
əxlaqın saflaşdırılması problemini araşdırarkən, xüsusən nəfsin üzərindədayanır.
O, şəxsiyyətin düzgün tərbiyə olunması və kamilliyə çatması üçün ilk növbədə
onun nəfsi üzərində iş aparılmasını məsləhət bilirdi. Tusi nəfsin 3 növünü
fərqləndirirdi: nəbati, heyvani və insani. İnsani nəfsdən danışarkən Tusi yazırdı:
“İnsani nəfs o nəfsdirki, insanın iradəsindən asılı olan yaxşı və təriflənən,
pislənən işlərin hamısı onunla əlaqədardır”.
Böyük alim insani nəfsin sağlamlığına nail olmaq üçün düzgün üsullar
müəyyənləşdirməyi vacib sayırdı. Tusi öz dövründə yayılmış belə bir fikri təsdiq
edirdi ki, “Nəfs elə şeydi ki, onu öz başına buraxsan, alçaqlığa meyil göstərib
bataqlığa batar, cilovlayıb istiqamət versən kamala çatar”.
O, əməli – qüvvə kamilliyindən danışarkən göstərirdi ki, insan öz imkan və
fəaliyyətini nizama salıb elə uyğunlaşdırmalıdır ki, onlar bir – birinə mane
olmayıb, əksinə, bir – birini tamamlasınlar, belə halda əxlaq xoşagələn şəkildə
tərbiyələnər.
Tusi göstərirdi ki, insanın özünə aid elə xüsusiyyəti vardır ki, o bunun vasitəsilə
başqa varlıqlardan ayrılır. Lakin onun heç kəslə şərik olmayan bir xüsusiyyəti var
ki, o da mənalı nitqdir. Ona görə də insana “Natiq” də deyirlər. Tusinin düzgün
qənaətinə görə, insanın fəzilətləri o zaman daxili qüvvədən əyani fəaliyyətə
çevrilə bilər ki, o, nəfsini belə rəzalətdən təmiz saxlaya bilsin.
Tusiyə görə, insanların ömürlərinin lap ilk çağlarından ata – ana tərbiyəsinə, sonra
şəriət qayda – qanunlarına, daha sonra əxlaq və əqidənin saflaşdırılmasına
ehtiyacı vardır. Əgər təbiətləri nəsihət qəbul edib, himətə çatsa, onlar da yüksəlib
səadətə çatmış olarlar.
Tusi, bəzi alimlərdən fərqli olaraq, irsiyyətinrolunun həddindən artıq şişirdilməsinə
tərəfdar çıxmır, insanın inkişafında irsiyyətin həlledici yer tutması fikri ilə
razılaşmırdı. Ona görə davranış əxlaqın göstəricisidir.
O, uşaqların tərbiyəsi, o cümlədən əxlaq tərbiyəsi üzrə işin heç də asan başa
gəlmədiyini uşaqların bəzilərinin tərbiyəvi təsirləri tez, bəzilərinin gec qəbul
etdiyini göstərirdi.
Tusinin əxlaqi görüşlərində insana böyük qiymət verilir. O, insanı bu dünyadakı
mövcudluğun ən şərəflisi, eyni zamanda insanı kamilliyə çatdırmaq məqsədi
daşıyan sənəti dünya sənətlərinin ən şərəflisi adlandırırdı.