1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


ƏXLAQIN ƏSAS KATEQORİYALARI



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#126557
1   ...   5   6   7   8   9   10   11   12   13
milli exlaq 60s pdf (2)

9. ƏXLAQIN ƏSAS KATEQORİYALARI 
 
Vicdan. Vicdanlı olmaq şəxsiyyətin mühüm mənəvi keyfiyyəti kimi 
Vicdan nədir? «Azərbaycan dilinin izahlı lüğəti»ndə deyilir: «Vicdan – öz 
hərəkəti üçün mənəvi məsuliyyət hissi; təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və 
ya pis olduğunu duyma». «Azərbaycan Sovet Esiklopediyası»nda yazılmışdır: 
«Vicdan – etik kateqoriya; insanın cəmiyyət, sinif, xalq, ayrı-ayrı adamlarqarşısında 
mənəvi məsuliyyətinin dərk edilməsi, öz əməlləri və hərəkətlərini əxlaqi baxımdan 
qiymətləndirməsi. Mənəvi əzab, xəcalət, həya, peşmançılıq və s. vicdanın konkret 
təzahürləridir. Vicdan insanda anadangəlmə olmayıb həyat şəraitində tərbiyənin 
təsiri ilə formalaşır». 
Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi məsuliyyəti anlamasının bir 
formasıdır. Vicdan insan davranışının daxili tənzimləyicisidir. Vicdanın əsasında 
ictimai borcun dərindən dərk edilməsi dayanır.
Şəxsiyyətin vicdanı onun daxili etik mədəniyyətinin, əxlaqi məsuliyyətinin 
ifadəsidir, özünüqiymətləndirməsinin canlı mexanizmidir. Vicdan insanın 
özünüdərketmə və əxlaqi özünənəzarət alətidir. İnsan həyatda müxtəlif 
hadisələrlə rastlaşır. Bu müxtəlif konkret vəziyyətlərdə hərəkət üsulunu seçməyə, 
hər hansı, vəziyyət üçün əxlaqi hərəkətin hazır reseptini müəyyənləşdirməyə 
imkan vermir. Bu kimi hallarda həmişə vicdan davranışın özünütənzimləyicisi kimi 
meydana çıxır. Ona görə də deyirlər ki, vicdan bu və ya digər vəziyyətdə, o 
cümlədən ictimai rəyə nəzarət etmədiyi hallarda insan davranışının mənəvi 
keşikçisi rolunu oynayır. 
Vicdanlı adam həmişə xeyirxah işlərin carçısı olur. Təmiz vicdanlı şəxs atacağı 
addımı, görəcəyi işi, bildirəcəyi münasibəti öncə ölçüb – biçir, başqa sözlə vicdanın 
hökmünə qulaq asıb sonra müəyyən qənaətə gəlir. Deməli, o, şüurlu hərəkət edir.
Vicdanlı insan pislik toxumu səpməkdən uzaq olur. Belələri çalışırlar ki, 
sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala 
çatmaq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması 
nəticəsində meydana gələn mənəvi hiss və s. Vicdan özünü bəyənən, yaxud tənqid 
edən hakim kimi göstərir. Mühakiməedən vicdan həya hissində təzahür edir. Həya 
vicdanın mənəvi barometridir. Vicdan üçün həya son dərəcə səciyyəvi olan bir 
hissdir.


Vicdanlı şəxs birisinin mənafeyi ziddinə gedərkən, kiminsə xətrinə dəyərkən, 
ədalətsizliyə, haqsızlığa yol verərkən ictimai rəyin məhkəməsindən, tənbehdən 
asılı olmayaraq vicdan əzabı keçirir, nöqsana yol verdiyinə görə əzab çəkir, özünə 
yer tapmır. Vicdandan xalı adam isə öz naqis hərəkətlərindən nəinki peşman 
olmur, əksinə həzz alır. Müəlliminin fikri ilə razılaşmayan Aristotel bunun səbəbini 
belə aydınlaşdırır: «Platon dostumdur, fəqət həqiqət daha qiymətlidir! » Bu 
müdrik kəlamı başqa sözlərlə belə ifadə etmək mümkündür: «Mənim dostum 
olsan da, prinsipiallıq məndən ötrü daha dəyərlidir». 
Həmin sözlərdə dərin həqiqət var. Əgər biz obyektiv və prinsipial olmasaq, bir 
tərəfdən vicdanımıza əzab verərik, digər tərəfdən ictimai əxlaq normalarını 
pozmuş olarıq. Vicdanını, abrını, həyasını itirənlərdən hər cür pislik, 
mərdiməzarlıq, alçaqlıq gözləmək olar. İnsan taleyi ilə oynamaq həmin çəxslər 
üçün heç nədir. Onlar cəmiyyət qarşısında, vətən, xalq qarşısında məsuliyyət 
daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, 
mənafeləri üçün çalışırlar.
Deyilənlərdən nəticə çıxarmalı, həyatda fəal mövqe tutmalı, bizimlə birlikdə 
təhsil alan, işləyən insanlara qayğı ilə yanaşmalı, onların sevincinə, kədərinə şərik 
olmalı, xeyirxahlıq, qayğıkeşlik göstərməli, təkcə özümüzü düşünmşmşliyik. 
Vicdanlı olmalı, gün başa çatanda öz-özümüzə hesabat verməliyik: ötən saatları 
necə keçirdik, ondan səmərəli istifadə edə bildikmi? Məktəbdə, işdə üzərimizə 
düşən vəzifəni layiqincə yerinə yetirdikmi, yoxsa günümüzü birtəhər ötüşdürdük? 
Kimin xətrinə dəydik? Bu və ya digər hadisə baş verərkən mənəvi borcumuza əməl 
etdikmi? Kiminsə bədxahına çevrilmədik ki? Bu kimi və buna bənzər özünəhesabat 
zamanı vicdan oyanır, adama düzgün yol göstərir. 
10.Əxlaqi keyfiyyətlər və Azərbaycan vətəndaşlarının mənəvi simasını təşkil edən 
səciyyəvi xüsusiyyətlər 
Şəxsiyyətin həyatda fəal mövqe tutması, hörmət və nüfuz qazanması üçün o, 
nəcib sifətlərə, yüksək mənəvi keyfiyyətlərə yiyələnməli, mənəviyyatca zəngin 
olmalı, əxlaqın saflaşması qayğısına qalmalıdır. O, mədəni davranış və adətlərə, 
nümunəvi rəftar tərzinə, ünsiyyət mədəniyyətinə, geniş dünyagörüşə yiyələnməli, 
vətənpərvər, yurdsevər, ailəcanlı, humanist, ədalətli, xeyirxah, obyektiv, prinsipial, 
mərd, cəsur, sadə və təvazökar olmalıdır. Mənəviyyat anlayışlarının hamısı insanın 
cəmiyyətlə çoxcəhətli əlaqələrini əhatə edir.


Azərbaycan vətəndaşlarının ən dəyərli mənəvi keyfiyyətlərindən, ən dərin 
hisslərindən biri vətənpərvərlikdir. Vətənpərvərlik müstəsna dərəcədə mütərəqqi 
duyğudur. O, millətlərin təşəkkül tapıb formalaşmasında, milli azadlıq uğrunda 
gərgin mübarizələrdə, vətənin müdafiə olunmasında mühüm rol oynamışdır. 
Məhz yüksək vətənpərvərlik hissi ikinci dəfə dövlət müstəqilliyinə, suverenliyə nail 
olmağımıza, güclü, qüdrətli dövlət yaratmağımıza kömək etmışdir.
Həyatda elə şeylər mövcuddur ki, insanlar onları seçmir. Vətəni buna aid 
etmək mümkündür. Vətən müqəddəsdir. O, seçılmır, fəqət ona sevgini fərqli 
şəkildə anlamaq və ifadə etmək mümkündür. Milli əxlaq bizim vətənpərvərliyimizi 
bərqərar edir. Şəxsiyyətin vətənpərvərlik duyğusunda onun mənsub olduğu xalqa 
münasibəti, öz xalqı ilə dərin bağlılığını anlamaq, ölkəsinin tərəqqisi və inkişafı 
naminə göstərdiyi fəaliyyət, öz vətəni üçün molli qürur və iftixar hissi keçirməsi və 
onun müdafiəsinə hazır olmaq diqqət mərkəzində dayanır. Mənəvi keyfiyyətlər 
arasında düzlük və doğruçuluq özünəməxsus rol oynayır. Doğruçuluq həqiqət 
tərəfdarı olmaq, yalana qarşı barışmaz mövqe tutmaq bacarığıdır. Düzlük və 
doğruçuluq tərbiyənin köməyi ilə əldə olunan mənəvi keyfiyyətlərdir. 
Cəmiyyətimizdə yalan və yalançılıq pislənir, düzlük və doğruçuluq isə mühüm 
mənəvi keyfiyyət kimi yüksək qiymətləndirilir. Həyatda doğru, düz yol seçmiş 
adamlar doğruçuluq, səmimi, əli, dili düz insanlar təqdir edilir, hörmət və nüfuz 
qazanırlar. Xalq həmişə düzlük və doğruçuluğu yüksək qiymətləndirmiş, kiçik 
yaşlarından uşaqları sözün düzünü danışmağa və doğruçul olmağa öyrətməyi, 
valideynlərin və tərbiyəçilərin bu sahədə onlara nümunə olmalarını vacib 
saymışdır. Bu, həm də belə bir inamdan irəli gəlirdi ki, düzlük və doğruçuluğun 
hökm sürdüyü cəmiyyət ədalətli olar.
Şəxsiyyətin yüksək mənəviyyata malık olduğunu göstərən, onu nəcibləşdirən 
keyfiyyətlərdən biri də sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamlar 
cəmiyyətin ləyaqətli üzvləri kimi tanınır və sevilir. Onlarla danışmaq, dərdləşmək 
asan olur. Sadə və təvazökar şəxs öz xidmətlərinə görə öyünür, başqalarına acıq 
vermir, saysız-hesabsız uğur qazanmağına baxmayaraq lövğalanmır. Ağıllı adamlar 
nə özlərini tərifləməyi, nə də başqalarının onları tərifləməsini xoşlamırlar. Bəzi 
şəxslər özlərinin digər adamlardan ağıllı olduqlarını sübut etməyə çalışırlar. Bu, 
qeyri-təvazökar bir hərəkətdir.
Əməklə, zəhmətlə ülfət bağlamış insanlar, adətən təvazökar, özlərinə qarşı 
tələbkar olurlar. Onlar başqalarının tənqidini səmimi qarşılayır, qüsurlarını 
düzəltməyə çalışır, özünütənqidə, özünəhesabat, özünümüşahidəyə, 
özünütərbiyəyə üstünlük verir.


Sadəlik əxlaqi gözəlliyin mühüm şərti, insanlıq ləyaqətini anlamaq deməkdir. 
Sadə şəxslərin rəftarı təbiidir. Onlar xeyirxahlıq nümunəsi göstərirlər. Lovğa, 
özündən bədgüman, xudpəsənd adamlar xeyirxah ola bilmirlər.
Sadə və təvazökar şəxs utancaq olmaq, lal-dinməz, qaraqabaq adam demək 
deyil. Həddindən ziyadə, lazım gəldiyindən artıq sadə və təvazökar olmaq da 
məsləhət bilinmir. Bədxah adamlar bundan istifadə edib belə adamın haqqını 
tapdayırlar. Lazım gələndə etirazını bildirməyi, mübarizə aparmağı, öz haqqını 
tələb etməyi də bacarmaq lazımdır. Türk atalar sözündə deyildiyi kimi:«Çox 
əyilmə, basarlar, çox şax durma asarlar». 
Əxlaqi dəyərlər arasında humanizmin öz mövqeyi və xüsusi yeri vardır. 
Humanizm latınca humanus sözündən olub insanpərvər, insanı fərqləndirən 
mənasında işlənir. Bu mənada qeyd edə bilərik ki, humanizm insanpərvərlik 
deməkdir.
Dünya mədəniyyətinin inkişafı görüşlərin və davranış qaydalarının humanist 
sistemi ilə qırılmaz tellərlə bağlıdır. Humanizm ünsiyyətin və şəxsiyyətin inkişafda 
olan mənəviyyatının bütün tarixi formalarını əhatə edir. Humanizm problemini hər 
bir şəxsin həyat məsələsi hesab etmək mümkündür. Bu, o deməkdir ki, humanizm 
heç də yalnız cəmiyyətimizin həyatının dövlət və siyasi sahələrdə mövcud olan 
mühüm prinsipi olaraq qalmır. Humanizm insanlara hörmət, qayğı və sevgi, 
adamlar arasında ünsiyyət formalarını insanpərvər etmək tələbatı kimi anlaşılır. O, 
mənəvi inkişafın ən önəmli cəhətlərindəndir.
Hazırda cəmiyyətimizdə humanizm ideyaları heç də arzu və istək olaraq 
qalmır, artıq real həqiqətdir. Müasir dövrdə elan olunur: «İnsan insana dost, 
yoldaş və qardaşdır». Bu fikir yüksək humanizmin ən parlaq ifadəçısidir, 
təzahürüdür. Humanizm adamların şərəf və ləyaqətinə, mənliyinə hörmət 
bəsləməyi, insanı yüksək qiymətləndirməyinəzərdə tutur, insanları əzab-əziyyətə 
salmağı, işgəncə verməyi, onları girdaba salmağı pisləyir, buna cəhd göstərməyi 
lənətləyir. 
Əxlaqi keyfiyyətlərdən biri də prinsipiallıqdır. Bu sğz latınca prinsip sözündən 
alınmışdır. Prinsip əsas tələb, özül, təməl, başlanğıc mənasını verir. Hazırda 
prinsipiallıq əqidəyə sadiqlik kimi anlaşılır. Mənəvi anlayış kimi isə, o, müvafiq 
inam və əqidəyə, müəyən dünyagörüşünə sadiqlik kimi anlaşılır. 
Prinsipial adam təzyiqlərə, xahiş və minnətlərə, pul və hədiyyələrlə ələalma 
cəhdlərinə baxmayaraq, öz əqidəsindən geri çəkilmir, düzlüyə, doğruluğa sığınır, 
visdanının səsinə qulaq asır. O həm özünə, həm doğmalarına, həm də digərlərinə 
münasibətdə tələbkar olur. Bu mənada prinsipiallığı şəxsiyyət bütövlüyünün 


əlaməti hesab edə bilərik. Prinsipiallıq mənəvi borc və məsuliyyətlə, şərəf və 
ləyaqətlə sıx şəkildə əlaqədardır.
Mədəni davranış və adətlərinə yiyələnmək və nəzakətli olmaq da mənəviyyatı 
zənginləşdirən cəhətlərdir. Davranış mədəniyyəti ətrafdakı adamlara 
münasibətlərdə, hərəkət, əməl və rəftarda ölçü və nəzakətdir. Davranış 
mədəniyyəti düzgün davranmağı, insanlarla səmimi rəftar etməyi, nitqdə, 
müraciətdə, ünsiyyətdə mədəni olmağı, səliqəli və zövqlü geyinməyi, hər bir 
insanın öz oturuşuna-duruşuna fikir verməsini, cəmiyyətdə, ailədə, təhsil 
ocağında, küçədə, ictimai yerlərdə etik normaları gözləməsini nəzərdə tutur. 
Nəzakət yaxşılıq və xeyirxahlığın, insanpərvərliyin, səmimiyyətin təzahürüdür. 
Professor Ziyəddin Göyüşov yazırdı:«Nəzakətli rəftar və davranışın əsasında belə 
bir prinsip durmalıdır: elə yaşa, elə hərəkət et ki, öz daxili və xarici varlığınla 
adamların xöşuna gələsən, sənin söz və hərəkətlərin heç kəsi azacıq da olsa 
narahat etməsin. Yalnız belə olduqda səninlə ülfət, səninlə görüşmək, birgə 
işləmək adamlara xoş olar və özün də rahat şərəfli və ləyaqətli həyat keçirə 
bilərsən». 
Yüksək əxlaqi keyfiyyət və mühüm mənəvi sərvət olmaq etibarilə insanlar 
arasındakı münasibətlərdə yoldaşlıq və dostluq münasibətləri də xüsusi yer tutur. 
İnsanların qarşılıqlı münasibətləri müxtəlif formalarda ifadə olunur: yoldaşlıq, 
dostluq, məhəbbət, ailə münasibətləri... Onların kökü yoldaşlıq və dostluqdan 
başlayır. Biz yoldaşlarımız və dostlarımızla ünsiyyət şəraitində insan kimi sevilməyi 
və kədərlənməyi öyrənir, öz həyatımızda başqa adamın yerini başa düşür, 
insanlarla ülfət bağlamağın sirlərini özümüz üçün bir növ kəşf edirik. Birgə 
fəaliyyət zamanı insanlar arasında, adətən, yoldaşlıq münasibətləri yaranır. Bunun 
üçün məqsəd birliyi, görüşlərin öxşarlığı kifayətdir. Bizim yoldaşlarımız çox, 
dostumuz isə az olur. Dostluq insanların fərdi-seçiçi xarakter daşıyan daha yaxın 
münasibətlərini əhatə edir. Dostluq səviyyəsində insanların qarşılıqlı 
münasibətlərinin məzmununda da, formasında da köklü dəyişikliklər əmələ gəlir. 
Dostumuza daha çox ərk edirik, ondan daha çox qayğı və kömək umuruq. 
Dostluğun heç kəs tərəfindən yazılmamış, lakin əsrlər boyu insan 
münasibətlərində bərqərar olmuş və illərin sınağından çıxmış əsas qaydaları 
belədir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin