G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
22 Material-istehsalat ehtiyatlarının buraxılışı və yerdəyişməsi üzrə ilk sənədlər
(dimit-zabor kartları, tələbnamə-qaimələr və s.) normativ məlumatların
hesablanması əsasında müvafiq bölmələrdə mühasiblərin avtomat işçi yerində
formalaşdırılır. Sənədlər maşın daşıyıcılarda yaradılır. İşçi yerləri terminal
qurğularla, yaxud fərdi kompüterlərlə təchiz edilən zaman həmin sənədlərin
təsvirini displeyin ekranlarından görmək olar. Həmin təsvirlərdə daimi
informasiyaları tamamlayan əlavə rekvizitlər də daxil etmək mümkündür. Tərtib
olunduqdanvə yoxlanıldıqdan sonra ilk sənədlərdə hər hansı bir düzəliş
aparılmasına icazə verilmir. Çap qurğusunun köməyilə mühasibin avtomat işçi
yerində, operativ məqsədlər üçün istifadə oluna bilən kağız surətləri əldə olunur.
İkinci səviyyədə mühasibatın material şöbəsində fəaliyyət göstərən mühasibin
avtomat işçi yeri yerləşir. Kompüterlə təchiz olunmuş mühasibin avtomat işçi
yerində mühasib, özünün anbar qrupları üzrə informasiyaları işləyir və anbvr uçotu
məlumatları əsasında müvafiq məlumtalrın rəsmiyətə salınmasının düzgünlüyünə
nəzarət edir.
Beləliklə, hər iki səviyyə həm anbarda, həm də mühasibatda mühasibat
avtomat işçi yerinin yaradılması ilə qarşılıqlı əlaqədardır. Bu, uçot prosesinin
avtomatlaşdırılmasına və material-istehsalat ehtiyatlarının hərəkətinə nəzarətə
imkan yaradır.
2.2. Material ehtiyatlarının növləri üzrə analitik uçotu Müəssisəyə daxil olan material-istehsalat ehtiyatlarının müşayətedici
sənədlərdə göstərilən miqdar və keyfiyyətinə uyğun gəlib-gəlməməsi nöqteyi-
nəzərindən yoxlanılması çox mühümdür. Texniki ekspertizanın və yaxud
laboratoriya sınaqlarının keçirilməsinin zəruriliyi zaanı materiallar müəssisə
rəhbərinin təyin etdiyi komissiya tərəfindən qəbul olunur.
Material-istehsalat ehtiyatlarının növləri təchizat (marketinq) şöbəsinin
nümayəndəsi və yaxud digər səlahiyyətli şəxs tərəfindən anbara təhvil verilir.