25 formasında maqnit daşıyıcıya yazılır. Bu informasiyanı köçürənədək anbardar
pultda öz şəxsi kodunu, anbarınkodunu, ehtiyatların konkret növlərnn nomenklatur
nömrələrini yığır, anbarın uçotu kartoçkası formasında qeydləri ekrana çağırır və
müvafiq sənədlərin işlənilməsi proqramının kodunu göstərir. Avtomat rejimdə
ekrand hər bir sonrakı rekvizitin adı göstərilir. Displeyin ekranına çıxarılan
doldurulmuş sətirlər operator tərəifndən kompüterin yaddaşına köçürülür və
qeydiyyata alınan ilk sənədlərin özləri isə kip halında qruplaşdırılar və mühasibata
verilir. Daimi informasiyaya ali kolan sənədlər (məs., limit-zabor kartı) işlənilən
zaman yaddaşa yalnız faktik göstəricilər (miqdar, tarix) köçürülür.
Anbarın kompüterində bütün növ ehtiyatların hərəkəti üzrə baş verən
əməliyyatların düzgünlüyünə nəzarət etmək üçün hər gün mədaxil və məxaric
sənədlərinin açıqlanmasını verən registr tərtib edilməlidir.
Ehtiyatların hərəkət üzrə ilk informasiyaların işlənilməsinin və qeydiyyatının
növbəti mərhələsi uçotun kağızsız texnologiyasına keçilməsi ilə əlaqədardır. Belə
hallarda ilk sənədlər informasiyaların maşın daşıyıcısı formasında olur, maşın
qeydlər isə hər bir istifadəçi üçün şəxsi parolları kodlaşdırmaq yolu ilə hüquqi
qüvvəyə minir. Beləliklə kompüterdənistifadə olunan zaman ehtiyatların uçotu
üzrə analitik informasiyaların işlənilməsi aşağıdakı mərhələləri özündə birləşdirir:
a) tipik formalı ilk sənədlərin (mədaxil orderləri, qaimə tələbnamələr, limit-
zabor kartları və s.) qəbulu və qeydiyyatı, nəzarət məbləğlərinin
hesablanılması;
b) informasiyaların maqnit lentlərinə köçürülməsi, kompüterdə hazırlanılan
informasiyalara nəzarət və giriş faylarının formalaşması;
c) formalaşmış faylların taksirovkası və məsələlərin həlli;
d) çıxış sənədlərinə nəzarət və onların istehlakçıya verlməsi.
2.3. Ehtiyatların maya dəyərinin müəyyənləşdirilməsi Ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilməlidir: