29
Bəzən istehsal prosesində eyni vaxtda bir neçə məhsul istehsal olunur. Belə ki,
əsas məhsul istehsalı əlavə məhsul istehsalı ilə müşayiət oluna bilər. Məs.,
metaldan hər hansı məmulat istehsal olunan zaman metal qırıntıları (tullantıları)
əlavə məhsul qismində çıxış edir. Əgər,
əlavə məhsul kommersiya,
yaxud
istehsalat əhəmiyyətinə malikdirsə və hər bir məhsulun
emalna çəkilən xərclər
ayrıca müəyyənləşdirilmişdirsə, belə xərclər mütənasib surətdə bölüşdürülməlidir.
Mütənasib bölgü hər bir məhsulun satış dəyərinə nisbətən həyata keçirilməlidir.
Əgər, əlavə məhsul elə bir ciddi əhəmiyyət daşımırsa, onun dəyəri əsas
məhsulun
dəyərindən çıxılır. Qaydaya görə bu halda əsas
məhsulun maya dəyəri cüzi
dəyişikliyə məruz qalır.
Məsələ 6. Metal məmulatın hər partiyasının istehsalı zamanı metal qırıntıları
ikinci dərəcəli məhsul hesab olunur. Metal qırıntısının satılması mümkündür. Hər
partiya metaldan alınan bir ton metal qırıntısının dəyəri satış
xərcləri nəzərə
alınmaqla 100 manata satıla bilər.
İkinci dərəcəli məhsulun identifiksiyası zamanı ehtiyatların
dəyərinin
azalması aşağıdakı köçürmə ilə rəsmiləşdirilir:
Dt 201”Material ehtiyatları” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 100 man.
Kt 202 “İstehsal məsrəfləri” . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . . . . 100 man.
Digər məsrəflər ehtiyatların ilkin dəyərinə yalnız onların hazırki vəziyyətə və
əraziyə gətirilməsi zamanı yarandıqda daxil edilir.
Aşağdıakı qeyd etdiyimiz məsrəflər ehtiyatların ilkin dəyərinə daxil edilmir və
yarandığı dövrdə xərc kimi tanınmalıdır:
Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq
sərf edilən məbləğlər;
İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər
istisna olmaqla saxlanma (anbar) məsrəfləri;