32 əvəzləşdirilə bilən çoxsaylı vahidlərinin mövcud olduğu halda məqsədə uyğun
sayılmır.
Ehtityatlar istehsalata və ya satışa silindikdə onların qiymətləndirilməsi FİFO metodu, orta çəkili dəyər və fərdi dəyər vasitəsilə həyata keçirilir.
Biri-birilə əvəzoluna bilməyən ehtiyatların müxtəlif maddələrinin maya dəyəri
fərdi məsrəflərin dəqiq intefikasiyası yolu ilə müəyyənləşdirilir. Ehtiyatların belə
maddələrinə xüsusi layihələr aid oluna bilər.
Məsələ 9. Müəssisə, avtonəqliyyat vasitələrinin yığılmasını həyata keçirir.
Xüsusi layihə qismində bir neçə avtonəqliyyat vasitəsinin fərdi qaydada yığılması
üçün sifariş daxil olunmuşdur. Həmin avtonəqliyyat vasitələrinə münasibətdə
ehtiyatların qiymətləndirilməsinin fərdi dəyər metodu tətbiq edilməlidir.
Bütün digər ehtiyatların maya dəyəri istehsalata və ya satışa silindikdə FİFO (“ilk mədaxil”- “ilk məxaric”) yaxud orta çəkili dəyər metodlarından istifadə
edilməlidir.
Qiymətləndirmə metodunun seçilməsini hər bir müəssisə, iqtisadi zərurətdən
asılı olaraq müstəqil surətdə müəyyənləşdirir.
Xarakterinə və istifadəsinə görə oxşar olan bütün ehtiyatlar vahid
qiymətləndirmə metodu ilə qiymətləndirilməlidir. Müxtəlif xarakterə malik
ehtityatların maddələri müxtəlif metodlarla qiymətləndirilə bilər.
FİFO düsturuna görə birinci daxil olan ehtiyatlar istehsalata, yaxud satışa
birinci buraxılmalıdır. Daha gec satın alınan, yaxud istehsal olunan ehtiyatlar
dövrün sonuna qalıq kimi göstərlir.
Orta maya dəyəriehtiyatların həmcins qruplarının ümumi məbləğinin
onların ümumi miqdarına bölmək yolu ilə hesablanır. Orta maya dəyəri dövri
olaraq yenidən hesablanır (məs. hər ay, yaxud ehtiyatların hər bir növbəti partiyası
daxil olduqca).
Maya dəyərinin müəyyənləşdirilməsinin alternativ variantı olan LİFO