33
ehtiyatlar istehsalata, yaxud satışa birinci buraxılır. Dövrün sonuna ehtiyatların
qalığı daha əvvəllər satın alınan, yaxud istehsal edilən ehtiyatlar hesab olunur.
Məsələ 10. Müəssisə, kompleks (dəst) məmulatları istehsalata silir və
ehtiyatların qiymətləndirilməsi üçün FİFO metodunu tətbiq edir.
Müəssisədə hesabat dövrünün əvvəlinə olmuşdur:
100 ədəd dəst məmulat (birinci partiyadan) – 1 ədədi 100 man.
50 ədəd dəst məmulat (ikinci partiyadan) – 1 ədədi 110 man.
70 ədəd dəst məmulat ( üçüncü partiyadan) – 1 ədədi 120 man.
Ehtiyatların dəyərinin yekunu 23900 man.
Ehtiyatların sayı 320 ədədə bərabərdir.
Hesabat dövrü ərzində komplekt (dəst) məmulatlar istehlata aşağıdakı
ardıcıllıqla silinmişdir.
130 ədəd;
30 ədəd;
50 ədəd;
Əvvəlcə, daxil olan birinci partiyadan 100 ədədini hər birisi 100
manat
olmaqla silmək lazımdır. Növbəti 30 ədəd ikinci partiyadan
hər birisinin dəyəri
110 manat olmaqla silinməlidir. İkinci silinmə kimi 30 ədəd qismən aşağıdakı
partiyalardan ibarətdir: Konkret olaraq 20 ədəd hər birisi 110 manat, çatışmayan 10
ədəd isə üçüncü partiyadan – hər birisinin dəyəri 120 manat olmaqla götürülür.
Üçüncü silinmə kimi 50 ədəd – yerdə qalan partiyadan – hər birisinin dəyəri 120
manat olmaqla silinir.
Beləliklə, istehsala silinən ehtiyatların maya dəyəri – 22700 manat təşkil edir.
Ehtiyatların qalığı isə 1200 manata bərabərdir.
Məsələ 11. Müəssisə kompleks (dəst) məmulatları istehsalata silir və
ehtiyatların qiymətləndirilməsi üçün orta çəkili dəyər metodu tətbiq edir.
Əvvəlki
Məsələda göstərilən şərtlər saxlanılır. Əgər, müəssisə orta çəkili dəyər metodundan