38
Dt 208 “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . 3000 man.
Kt 111 “Torpaq, tikili və avadanlıqlar- Dəyər” . . . . . . . . . . . 3000 man.
3) Kompüter satılmışdır:
Dt 701 “Satışın maya dəyəri” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10500 man.
Kt 111 “Torpaq, tikili və avadanlıqlar- Dəyər” . . . . . . . . . . . 10500 man.
4) Büdcə müəssisəlarındandaxil olan vəsait uçotda əks etdirilmişdir:
Dt 223 “Bank hesablaşma hesabları” . . . . . . . . . . . . . . . . . . . . 10500 man.
Kt 601 “Satış” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10500 man.
Ehtiyatların dəyərinin aşağı düşməsinin
digər səbəbləri kimi bazar
qiymətlərində endirimlər, onların fiziki, yaxud mənəvi köhnəlməsi göstərilə bilər.
Belə hallarda ehtiyatların maya dəyəri ödənilməyən hesab olunur.
Ehtiyatlar,
onların satılmasından, yaxud istifadəsindən alınması
ehtimal olunan məbləğdən
yüksək əks etdirilə bilməz.
Məsələ 16. Müəssisə, əvvəllər kompüterlər üçün monitorlar satın almışdır.
Onların ümumi maya dəyəri 20 000 manata bərabərdir. Satışa maye kristal tərkibli
monitorların buraxılması ilə əlaqədar müəssisənin aldığı monitorların dəyəri 10
000 manat aşağı düşmüşdür. Qiymətin bu səbəbdən aşağı
düşməsi mənəvi
köhnəlmə ilə bağlıdır və onu uçotda belə qeydə almaq olar:
Dostları ilə paylaş: