«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

42 
 
“Limit-zabor kartı” (M-8 №-li forma) təsdiq edilən limit həddində müəssi-
sənin istehsalat bölmələrinə (sexlər, obyektlər, sahələr və s.) anbardan buraxılan 
xammalın, materialların, satın alınan yarımfabrikatların və s. uçotu üçün nəzərdə 
tutulmuşdur. Ehtiyatların buraxılışı limiti mövcud normativlər əsasında 
müəyyənləşdirilir. 
Limit-zabor kartı iki nüsxədən ibarət olmaqla bir ay üçün tərtib edilir. 
Ehtiyatların silinməsi nisbətən az olduqda bu sənədi bir rüb üçün tərtib etməyə 
icazə verilir. Kartın bir nüsxəsi ay başlananadək sexə – ehtiyatlardan istifadə edən 
istehlakçıya, digər nüsxəsi isə anbara verilir. 
“Tələbnamə-qaimə” (M-11№ forma) material-istehsalat ehtiyatlarının 
uçotunun bilavasitə müəssisənin özündə, onun struktur bölmələri, yaxud maddi-
məsul şəxsləri arasında aparmaq üçün nəzərdə tutulmuşdur. Bu sənəd anbarın 
maddi-məsul şəxsi tərəfindən iki nüsxədən ibarət olmaqla tərtib edilir. 
“Materialların kənara buraxılışı qaiməsi” (M-15№li forma) müəssisədən 
kənar ərazidə yerləşən bölmələrə və habelə kənar müəssisəlarına buraxılan 
ehtiyatların uçotu üçün nəzərdə tutulmuşdur. Qaimə, müqavilə, naryad və 
materialların alınması üçün verilən vəkalətnamə əsasında iki nüsxə tərtib olunur. 
Sənədin birinci nüsxəsi ehtiyatların büraxılması üçün anbara, digəri isə onu alana 
təqdim edilir. 
“Materialların uçotu kartoçkası” (M-17№li forma) anbarda doldurulur. Bu 
sənəddə ehtiyatların hər birisinin nomenklatur nömrəsi, növü, çeşidi, ölçüsü və s. 
qeydə alınır. Kartoçka ciddi hesabat blankı hesab olunur və imzalamaq şərti ilə 
anbardara verilir. Anbardar, yaxud digər maddi-məsul şəxs ilkn mədaxil-məxric 
sənədləri əsasında əməliyyatın baş verdiyi gün ərzində kartoçkada müvafiq qeyd 
aparılmalıdır. 
Ehtiyatların daxili yerdəyişməsi (baza anbarları və sex anbarları arasında) 
rəsmiyyətə 
salındıqda, 
bilavasitə 
material-istehsalat 
ehtiyatlarının 
uçotu 
kartoçkasından istifadə etmək olar. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin