43 “Bina və tikilililərin sökülməsi və uçurulması zamanı alınan material ehtiyatlarının mədaxili haqda akt” (M-35 №li forma) əsas vəsaitlərin ləğvi
prosesində əldə olunan ehtiyatların uçotu zamanı tərtib edilir. Belə ehtiyatların
dəyəri müəssisənin maliyyə nəticələrinə təsir göstərir. Akt, sifarişçinin və
podratçının nümayəndələrindən ibarət olan komissiya tərəfindən üç nüsxədə
yazılır. Birinci və ikinci nüsxələr sifarişçidə, üçünci nüsxə isə podratçıda saxlanılır.
2.7. Ehtiyatların sintetik və analitik uçotu Ehtiyatların uçotu üçün yeni hesablar Planının 20-ci maddəsində 201№li “Material ehtiyatları” adlı hesab nəzərdə tutulmuşdur.
201№li hesabın tərkibndə aşağıdakı sub hesablar açılmışdır:
201-1 “Xammal” 201-2 “İstehsalat materialları” 201-3 “Qablaşdırma materialları” Ehtiyatların hərəkətinin uçotu mühasibat uotu hesablarında aşağıdakı
köçürmələr vasitəsilə rəsmiləşdirilir:
1. Malsatanlardan material ehtiyatları mədaxil edilmişdir (ƏDV nəzərə alınmadan) Dt 201 “İstehsalat materialları” Kt 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” 2. Ehtiyatlara görə ƏDV əks etdirilmişdir: Dt 241 “Əvəzləşdirilən ƏDV” Kt 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” 3. Ehtiyatlara görə borc ödənilmişdir: Dt 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”
44 Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”