|
Yenidənqiymətləndirmə fərqləri maliyyə nəticəsinə aid edilmişdirG.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015. 14. Yenidənqiymətləndirmə fərqləri maliyyə nəticəsinə aid edilmişdir:
Dt 801 “Ümumi mənfəət (zərər)”
Kt 331 “Məzənnə fərqləri üzrə ehtiyat”
15. Əsas vəsaitlərin ləğvindən alınan ehtiyatlar mədaxil olunmudur:
Dt 201 “Material ehtiyatlar”
Kt 111 “Torpaq, tikili və avadanlıqlar - Dəyər”
16. Əvəzsiz alınan ehtiyatlar mədaxil olunmuşdur:
Dt 201 “Material ehtiyatlar”
Kt 611 “Sair əməliyyat gəlirləri”
17. Müəssisənin özündə istehsal edilən ehtiyatlar mədaxil olunmuşdur:
Dt 201 “Material ehtiyatlar”
Kt 202 “İstehsal məsrəfləri”
18. Ehtiyatların alınması ilə bağlı xərclər onların dəyərinə daxil
edilmişdir:
Dt 201 “Material ehtiyatlar”
Kt 202 “İstehsal məsrəfləri”
Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
46
19. Material ehtiyatları istehsalata buraxılmışdır:
Dt 202 “İstehsal məsrəfləri”
Kt 201 “Material ehtiyatlar”
20. Material ehtiyatları satılmışdır:
Dt 701 “Satışın maya dəyəri”
Kt 201 “Material ehtiyatlar”
21. Alıcının ehtiyatalara görə müəssisəyə borcu uçotda qeydə alınmışdır:
Dt 171 “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”
Kt 601 “Satış”
22. Satılan ehtiyatlara görə ƏDV hesablanmışdır:
Dt 701 “Satışın maya dəyəri”
Kt 521 “Vergi öhdəlikləri”
23. Debitor borcları ödənilmişdir:
Dt 223 “Bank hesablaşma hesabları”
Kt 171 “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”
24. Material ehtiyatları əvəzsiz verilmişdir:
Dt 731 “Sair əməliyyat xərcləri”
Kt 201 “Material ehtiyatlar”
Dostları ilə paylaş: |
|
|