25. Vergi uçotunda olmayan fiziki şəxslərdən ehtiyatlar alınmışdır:
Dt 201 “Material ehtiyatlar”
Kt 538 “Digər qısamüddətli kreditor borcları”
26. Həmin ehtiyatlara görə gəlir vergisi hesablanmışdır:
Dt 538 “Digər qısamüddətli kreditor borcları”
Kt 521 “Vergi öhdəlikləri”
27. Ehtiyatların alınmasına görə borc ödənilmişdir:
47
Dt 521 “Vergi öhdəlikləri”
Kt 223 “Bank hesablaşma hesabları”
28. Gəlir vergisi ödənilmişdir:
Dt 521 “Vergi öhdəlikləri”
Kt 223 “Bank hesablaşma hesabları”
2.8. Material aktivlərinin uçotunun təkmilləşdirilməsi
Müəssisədə uçotun qarşısında duran mühüm vəzifələrlə əlaqədar olaraq anbar
təsərrüfatının düzgün təşkilinə xüsusi diqqət verilməlidir. Belə ki, xammal və
materiallar xüsusi tikililərdə və yaxud bu məqsəd üçün uyğunlaşdırılmış xüsusi
yerlərdə saxlanılmalıdır. Anbar binalarında xammal və materiallar təsnifatına və
vəziyyətinə görə (istehlak sürəti və kütləviliyi, çəkisi, xarabolma təmayülü, tez
alışa bilməsi və s.) xüsusi rəflərdə, şkaflarda, köşklərdə və sair zəruri qurğularda
yerləşdirilməlidir. Qeyd olunan tədbirlər materialların qəbulunu, saxlanılmasını,
buraxılmasını və ona nəzarəti yüngülləşdirməyə xeyli kömək göstərir.
Materialların hərəkətinin miqdar uçotunu düzgün təşkil etmək üçün onların
saxlanılmasına yerlərini saz halda olan çəki və ölçü cihazları ilə təmin etmək
lazımdır. Anbar tikililəri etibarlı mühafizəçilər, qıfıllar, pəncərələrdə dəmir
arakəsmələr, və yanğına qarşı mühafizə vasitələri ilə təmin olunmalıdır. Material
dəyərlilərinin hər bir növünə müvafiq kod təhkim olunmalı, saxlanma yerində isə
hər növünə yarlıqlar bərkidilməlidir. Anbar binaları imkan dairəsində xammal və
materialların istehlakçısı olan sexlərin yaxınlığında tikilməsinə nail olunmalıdır ki,
onların sexlərdə daşınması ilə əlaqədar xərclərə qənaət olunsun.
Material dəyərlilərinin mühafizəsi və buraxılması üzrə nəzarət əslində maddi-
məsul şəxslərin üzərinə düşür. Mülkiyyətin qorunması bir çox hallarda maddi-
məsul şəxslərdən asılıdır. Odur ki, maddi-məsul şəxslərin işə qəbulu yerlərinin
dəyişilməsi yalnız baş mühasibin razılığı ilə həyata keçirilməlidir. Maddi-məsul
şəxslər dəyişdirildikdə malların təhvil verilməsinin, material qiymətlilərinin
|