3.10. Üzlənmiş, lehimlənmiş təbəqələr və lehimlənmiş döymələr təbəqələrdə əsas metal
təbəqədən üzlük (lehim) təbəqənin ayrılmasının, eləcə də döymə metallarının tam olmaması və
laylara ayrılmasının aşkar edilməsini təmin edən ultrasəs və ya digər yoxlama üsulları ilə
yoxlanmalıdır. Bu halda keyfiyyətin qiymətləndirilməsi həcmi ixtissaslaşdırılmış müəssisə ilə
razılaşdırılan üzlənmiş və ya lehimlənmiş təbəqələrə və ya döymələrə aid standartlar və ya
texniki şərtlərlə müəyyən edilir.
4 MPa-dan (40 kqq/cm
2
) yüksək təzyiqlə işləyən tutumların hazırlanması üçün təyin
olunan, qalınlığı 25 mm-dən çox olan bimetallik təbəqələr tam ultrasəs defektoskopiya və ya
digər oxşar üsullarla tam yoxlamadan keçirilməlidir.
3.11. 10 MPa-dan (100 kqq/cm
2
) yüksək təzyiqlə işləyən tutumların hazırlanması üçün
qalınlığı 60 mm-dən çox olan karbonlu və aşağılegirli polad təbəqələr ayrı-ayrı təbəqələr üzrə
ultrasəs və ya digər eynidərəcəli defektoskopiya üsulu ilə yoxlanılmalıdır.
3.12. Qabarit ölçüsü 200 mm-dən, qalınlığı 50 mm-dən böyük, 6,3 MPa-dan (63 kqq/cm
2
)
yuxarı təzyiqlə işləmək üçün təyin olunan karbonlu, aşağılegirli və legirlənmiş (aşqarlanmış)
poladlardan hazırlanan döymələr tək-tək ultrasəs və ya digər eynidərəcəli üsullarla yoxlamadan
keçirilməlidir.
Yoxlanılan döymələrin 50%-dən az olmayan həcmi defektoskopiya üsulu ilə
yoxlanılmalıdır. Yoxlama üsulları normativ sənədlərin tələblərinə uyğun olmalıdır.
3.13. Qaykalar və boltlar müxtəlif markalı poladdan hazırlanmalıdır, eyni markalı poladdan
hazırlandıqda isə müxtəlif bərkliyə malik olmalıdır. Bu halda qaykanın bərkliyi boltun
bərkliyindən az olmalıdır. Boltların uzunluğu NS-də göstərildiyi qiymətə qədər yivli hissənin
qaykadan kənara çıxmasını təmin etməlidir.
3.14. Boltların materialının xətti genişlənmə əmsalının qiyməti, flansın materialının xətti
genişlənmə əmsalının qiymətinə yaxın qiymətlə seçilməlidir. Xətti genişlənmə əmsalının
qiymətlərindəki fərq 10%-dən çox olmamalıdır. Xətti genişlənmə əmsalı müxtəlif olan (10%-dən
çox) poladlardan isə, onların möhkəmliyinin hesablanması əsaslandırıldiqda yol verilir.
Dostları ilə paylaş: