4.3. Qaynaq
4.3.1. Tutumların hazırlanması, quraşdırılması, təmiri və yenidənqurulması zamanı tətbiq
edilən qaynaq işləri tutmların hazırlanması üzrə NS-lərin tələblərinə, təsdiq olunmuş təlimatlara,
texnologi sənədlərə əsasən yerinə yetirilməlidir.
4.3.2. Qaynaq işlərini yerinə
yetirmək üçün NS-in tələblərinə
cavab verən, saz vəziyyətdə
olan
qurğular, aparatlar, alət və cihazlar tətbiq edilməlidir.
4.3.3. Qaynaq işlərinin yerinə yetirilməsinə müvafiq
qaydada attestasiyadan keçmiş, və
müvafiq formalı vəsiqələri olan qaynaqçılar buraxılır.
Qaynaqçılar yalnız onların vəsiqəsində göstərilən növ qaynaq işlərini yerinə yetirə bilər.
4.3.4. Göstərilən təşkilatda (montaj və ya təmir sahəsi) ilk dəfə işə başlayan qaynaqçı
sertifikatının olmasına baxmayaraq, işə buraxılmazdan əvvəl qaynaq işləri üzrə və nümunənin
qaynaq birləşməsinin yoxlanılması yolu ilə sınaqdan keçməlidir.
Qaynaq birləşmələrinin konstruksiya nümunəsini, eləcə
də qaynaq birləşmələrinin
yoxlanılmasının həcmini qaynaq işlərinin rəhbəri təyin edir.
4.3.5. Tutumlarin və onun elementlərinin yığılması, qaynaq edilməsi və qaynaq
birləşmələrinin keyfiyyətinə nəzarət işləri üzrə rəhbərlik sənaye
təhlükəsizliyi sahəsində
quvvədə olan Qaydalara uyğun işçilərin hazırlıgı olan və attestasiyadan keçmiş mütəxəssislərə
həvalə edilməlidir.
4.3.6. Divarının qalınlığı 6 mm-dən çox olan, təzyiq altında işləyən elementlərin qaynaq
birləşmələri qaynaq işini yerinə yetirən qaynaqçının soyadı yazılan markalanma (damğalanma)
üzrə yerinə yetirilməlidir. Markalanma sistemi istehsalat-texnoloji sənədlərdə (İTS) göstərilir.
Divarının qalınlığı 6 mm-dən az olan qaynaq birləşmələrinin markalanmasının zəruriliyi və
üsulu İTS tələblərinə əsasən müəyyən olunur. Markalanma üsulu pərçimləməyi, qızmanı və ya
metalın həddindən artıq nazikləşməsini istisna etməli və məhsulun bütün istismar müddəti
ərzində markalanmanın saxlanmasını təmin etməlidir.
Əgər verilən məhsulun bütün qaynaq birləşmələri bir qaynaqçı tərəfindən yerinə yetirilibsə,
məhsulu markalamamaq olar. Bu halda qaynaqçının damğası firma lövhəciyinin yanında və ya
məhsulun digər açıq hissəsinə vurulmalı, damğa vurulan yer yuyulmayan boya ilə çərçivəyə
alınmalıdır. Damğanın yeri məhsulun pasportunda göstərilməlidir.
Əgər qaynaq birləşməsi bir neçə qaynaqçı tərəfindən yerinə yetirilibsə, məhsulun üzərinə
qaynaq işində iştirak edən qaynaqçıların damğası vurulmalıdır.
4.3.7. Qaynaq işini yerinə yetirməzdən əvvəl birləşdirici elementlərin yığım
keyfiyyəti,
eləcə də uc-uca birləşdirilən kənarların və onlara bitişik səthlərin vəziyyəti yoxlanılmalıdır.
Yığım yerinə yetirilərkən kənarların zərbə üsulu ilə və ya qızdırmaqla bir birinə keçirməyə icazə
verilmir.
4.3.8. Tutumları qaynaq etmək üçün tətbiq edilən qaynaq materialları standartların və
texniki şərtlərin tələblərinə uyğun olmalı, istehsalçı-müəssisənin sənədi ilə təsdiq edilməlidir.
Dostları ilə paylaş: