proses üzrə hazırlanmış və bir termiki emala uğradılan və əgər yığım-qaynaq işləri, termiki
emalı və yoxlama əməliyyatları üzrə bütün məhsulların hazırlanma dövrü üç aydan artıq deyilsə,
bu tutumları bir partiyada birləşdirmək olar.
4.5.43. Uc-uca tikişli boru elementlərin qaynaq birləşmələrinin keyfiyyəti yoxlanan zaman
birləşmələrin mexaniki xassələrini sınaqdan keçirmək üçün boruların qaynağı ilə eyni zamanda,
eyni istehsal şəraitində yoxlama uc-uca birləşmələr hazırlanmalıdır.
Yoxlama uc-uca
birləşmələrin sayı hər qaynaqçının qaynaq etdiyi eynitipli birləşmələrin ümumi sayının 1%-ni
təşkil
etməlidir, lakin bu rəqəm hər qaynaqçıya düşən bir
ədəd uc-uca birləşmədən az
olmamalıdır.
4.5.44. Bütün hallarda yoxlama birləşmələrin qaynağı tutumlarda nəzarət olunan qaynaq
birləşmələri yerinə yetirən qaynaqçılar tərəfindən həyata keçirilməlidir.
4.5.45. Yoxlama birləşmələrin
ölçüləri onlardan, nəzərdə
tutulmuş bütün növ mexaniki
sınaqların, kristallararası korroziyaya qarşı dayanıqlığı sınamaq üçün, metalloqrafik tədqiqatlar
aparmaq üçün, eləcə də təkrar sınaqlar keçirmək üçün lazımi sayda nümunə kəsməyə kifayət
etməlidir.
Dostları ilə paylaş: