qaynaq zamanı közərməyə meylli legirlənmiş poladlardan, iki laylı poladlardan hazırlanmış;
qızğın çatlar (texniki layihənin müəllifi tərəfindən müəyyən olunur) əmələ gətirməyə meylli
poladlardan hazırlanan.
Austenit sinfinə aid poladlardan hazırlanmış, divarının qalınlığı 20 mm-ə qədər olan
tutumlar və onların elementləri üçün metalloqrafik tədqiqatların aparılmamasına icazə verilir.
4.5.60. Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələrinin nümunələri (şlifləri) qaynaq
tikişinin eninə kəsilməli və dövlət standartlarının və ya NS-in tələblərinə uyğun hazırlanmalıdır.
Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələri nümunələrinə tikişin bütün en kəsiyi,
qaynağın hər iki termiki təsir zonası, onlara
bitişik əsas metal sahələri, həmçinin əgər qaynaq
zamanı alt halqa tətbiq olunmuş və çıxarılmamalıdırsa, o, daxil olunmalıdır. Metalloqrafik
tədqiqatlar
üçün təyin olunan, divarının qalınlığı 25 mm və daha artıq olan qaynaq
birləşmələrinin elementlərinin nümunələrinə birləşmənin en kəsiyinin yalnız bir hissəsi daxil ola
bilər. Bu halda əridilən xətdən nümunənin kənarına qədər olan məsafə 12 mm-dən, yoxlanılan
səthin sahəsi isə 25x25 mm-dən kiçik olmamalıdır.
Dostları ilə paylaş: