4.8.3. Qüsurların qəbul edilmiş düzəldilmə texnologiyasından kənara çıxma tutumu işləyib
hazırlayanla razılaşdırılmalıdır. Qüsurların aradan qaldırılmasını seçilmiş yerlərdə hamar keçidi
təmin etməklə mexaniki üsulla yerinə yetirmək lazımdır. Yenidən qaynaq olunması lazım olan
seçilmiş yerlərin maksimal ölçüləri və forması NS-lə müəyyən olunur.
Mexaniki üsulla seçilmiş hissənin səthinin sonrakı emalı ilə daxili qüsurların
aradan
qaldırılması üçün termiki kəsmə (yonma) üsullarının tətbiqinə icazə verilir.
Qüsurların tam aradan qaldırılması NS-in tələblərinə uyğun olaraq vizual və dağıdıcı
olmayan nəzarət üsulu (kapilyar və ya maqnit tozu defektoskopiyası və ya kimyəvi aşındırma
üsulu) ilə yoxlanmalıdır.
4.8.4. Seçilən hissənin maksimal dərinliyi olan yerdə detalın divarının
minimal
buraxılabilən qalınlığının saxlanması halında seçilmiş yerlərin qüsurlarının qaynaq olunmadan
düzəldilməsinə icazə verilir.
4.8.5. Əgər düzəldilən sahənin yoxlanması zamanı qüsurlar aşkar edilərsə, eyni qaydada
birinci düzəliş edildiyi kimi təkrar düzəliş etməyə icazə verilir.
Qaynaq birləşməsinin eyni yerində üç dəfədən çox olmamaqla qüsurların düzəldilməsinə
icazə verilir.
Qaynaq birləşmələrinin tikiş və termiki təsir zonalarının metalının çıxarılması ilə qaynaq
tikişi boyunca kəsilən hissələr təkrar düzəldilmiş hissə kimi hesab edilmir.
Dostları ilə paylaş: